08.10.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda dosent Hikmət Axundov "Kompakt çoxluqların fərqlərinin yeni xassələri" mövzusunda məruzə etdi.

İşdə qeyri-hamar analizdə istifadə olunan fərqlərin yeni xassələri göstərilir və onların tətbiq sahələri araşdırılır.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.