Seminarda akademik Fikrət Əliyev "Dayanıql vəziyyətə keçid nöqtəsini təyin edən kəsilməz xətti kvadratik optimal tənzimləyici məsələsinin həll alqoritmi" mövzusunda məruzə etdi.
İşdə keçid prosesinin sonundan dayanıqlı vəziyyətin başlanğıcına qədər tənzimləyici vaxtının keçid nöqtəsini tapmaq üçün, nəzəri olaraq, nəticələrin istənilən dəqiqliyə uyğun olmasını təmin edən bir düstur verilir. Bu yanaşma müvafiq Hamilton sisteminin fundamental həlləri vasitəsilə matrisli diferensial Riccati tənliyinin həllindən istifadəsini təmin edir. Bu nöqtədə törəmələr sıfıra bərabərdir. Nəticə misal üzərində yoxlanılır.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.