Seminarda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev "Kolmoqorov-Fokker-Plank tipli bəzi ultraparabolik operatorlar üçün ümumiləşmiş Morri qiymətləndirmələri" mövzusunda məruzə etdi (davamı).
Məruzədə Kolmoqorov-Fokker-Plank tipli bəzi ultraparabolik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarınındoğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə alınmaşından danışılacaqdır. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş Hardi-Littlvud maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları və s. özündə saxlayır.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.