Seminarda r.e.d. Sarvan Hüseynov "Makenhaupt çəkili cırlaşan elliptik tənliklərin məxsusi funksiyalarının modulunun müntəzəm qiymətləndirilməsi" mövzusunda məruzə etdi.
Məhdud oblastda cırlaşan ikinci tərtib divergent elliptik operatorlar sinfinə baxılır. Makenhaupt çəkili elliptik tənliyin məxsusi funksiyalarının maksimumunun modulu müntəzəm qiymətləndirilir.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.