05.11.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Ülviyyə Rəsulova “Mexaniki sistemlərin idarə olunması alqoritmlərinin realizə edilməsinə sistemli yanaşma” mövzusunda məruzə etdi. 

Təqdim edilən işdə bəzi mexaniki sistemlərin idarə olunması üçün effektiv metodlar və müvafiq həll alqoritmləri işlənmişdir. Burada gecikən arqumentli optimal idarəetmə məsələsi həll edilmiş, gecikən arqumentli kəsilməz və diskret optimal idarəetmə məsələləri həll olunmuş, qazlift üsulu ilə neft quyularının istismar prosesinin təkmilləşdirilmiş, habelə kvadrokopterin fəzada hərəkətini idarə etmək üçün optimal tənzimləyicinin qurulmuş, pilotsuz uçuş aparatlarının inersial naviqasiya sistemi və qərarlaşmış rejimdə diskret xətti-kvadratik Qauss məsələsi üçün optimal idarəetdiricilər və filtirlərin qurulması alqoritmi işlənmişdir.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.