05.03.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda professor Misrəddin Sadıqov "İkı dəyışənlı mütləq kəsılməz funksıyalar sınfındə  gursa-darbu tıplı funksıonalın subdıferensıalı" mövzusunda məruzə etdi. 

"İşdə kəsilməz, mütləq kəsilməz və ikiölçülü mütləq kəsilməz funksiyalar fəzasında xüsusi formalı funksionalların subdiferensialı öyrənilır. Mütləq kəsilməz  və ikiölçülü mütləq kəsilməz funksiyalar fəzasında iki müxtəlif norma verilir və bu normalardakı subdiferensialların üst-üstə düşdüyü göstərilir. Bu bərabərliklərdən istifadə edərək müxtəlif inteqral funksionalların və onların cəminin subdiferensialı öyrənilir. Sonra iki ölçülü mütləq kəsilməz funksiyalar sinfində klassik variasiya hesabının lemmasının analoqu isbat edilir. Bu lemmadan istifadə edərək ikiölçülü mütləq kəsilməz funksiyalar sinfində terminal funksionalın subdiferensialı da öyrənilir.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
 
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.