04.02.2025-ci il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda TRETİ-nin əməkdaşı r.e.d. Əli Ramazanov "Qradiyent alqoritmin bəzi diskret optimallaşdırma məsələlərində zəmanətli xətası haqqında" mövzusunda məruzə etdi. 

Məruzədə ümumi diskret optimallaşdırma məsələsinə baxılır. Bu məsələnin təqribi həlli üçün qradiyent alqoritm tətbiq edilir. Həmin qradiyent alqoritmin məsələnin parametrlərindən asılı zəmanətli xətası tapılır.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.