03.10.2023-cü il saat 10-00 tarixdə İnstitutun növbəti seminarı keçirildi.

Akademik Fikrət Əliyev Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin VII konqresi haqda geniş məlumat verdi. O, bildirdi ki, Konqresin işində dünyanın 23 ölkəsindən 450-dən çox riyaziyyatçı alim, o cümlədən Cənubi Koreyadan Nobel mükafatı laureatı iştirak edib.

Konqres çərçivəsində Azərbaycan riyaziyyatçıları - akademik Fikrər Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, professorlar Etibar Pənahov və Arif Səlimov Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin xüsusi diplom və medalları ilə təltif olunublar.