Seminarda r.e.d. Sarvan Hüseynov "Qeyri-müntəzəm cırlaşan ikinci tərtib elliptik tənliklərin həlləri üçün bəzi köməkçi qiymətləndirmələr" mövzusunda məruzə etdi.
İşdə qeyri-müntəzəm qüvvət üstlə cırlaşan ikinci tərtib divergent elliptik tənliklər sinfinə baxılır. Tənliklərin zəif həllərinin kəsilməzlik modulunun qiymətləndirilməsi isbat olunur.
Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.
Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.