01.10.2024-cü il saat 10-00 tarixində İnstitutun növbəti seminarı keçirildi

Seminarda r.ü.f.d. Tağıyev Rəşad "Neftçıxarma prosesində hərəkət tənliklərinin Roesser tipli tənliklərə gətirilməsi və onların laplas çevrilməsi vasitəsilə həlli" mövzusunda məruzə etdi. 

İşdə neftçıxarma proseslərinin modelləşdirilməsi və analizi üçün Roesser tipli tənliklərin Laplas çevrilməsi ilə həlli üsulu təhlil edilmişdir. Roesser tipli tənliklər, çoxölçülü sistemlərin dinamikasını təsvir etmək üçün geniş istifadə olunur və onların həlli neftçıxarma proseslərinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. İşdə ilk olaraq, Roesser tipli tənliklərin strukturu və xüsusiyyətləri təqdim edilmişdir. Daha sonra, Laplas çevrilməsi üsulu tətbiq edilərək bu tənliklərin həlli prosesi addım-addım təqdim olunmuşdur.

Seminarda institutun əməkdaşları, onlayın formada Azərbaycanın müxtəli universitetlərindən alimlər, xarici qonaqlardan Türkiyənin Agrı İbrahim Cecen Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir, Ordu Universitetinin Riyaziyyat bölməsinin professoru Erhan Set, İranın Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak edirdilər.

Seminar disskusiya şəklində davam etdi, sonda məruzəçi onla verilən sualları cavablandırdı.