ELMİ FƏALİYYƏT

Mövzu:
  • Dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün identifikasiya (tərs) məsələlərinin tədqiqi,  həll alqoritmlərinin işlənməsi və tətbiqləri
Məqsəd:
  • Tərs məsələlərin həlli üçün dayanıqlı və ədədi üsulların işlənməsi
  • Riyazi modelləşdirilmə və optimal idarəetmə məsələlərinin araşdırılması
Alınmış nəticələr:
  • Kütlənin kifayət qədər böyük qiyməti üçün maye dempferli rəqsvari sistemlərin asimptotik həllinə baxılmış, müəyyən riyazi çevirmələrin köməyi ilə kəsr tərtib törəməli hərəkətin tənliyi kiçik parametrə nəzərən kəsr tərtib tənliyə gətirilmiş, uyğun qeyri-lokal sərhəd məsələsi həll olunmuş və  kiçik parametrə nəzərən sıfırıncı və birinci yaxınlaşma qurulmuşdur.
  • Neft layının sxematik quruluşuna uyğun olaraq sərhəd şərtlərini verməklə real mədən məlumatları əsasında qoyulmuş məsələ həll edimiş və hesablama alqoritmi daxil edilərək effektiv proqram hazırlanmışdır.
  • Nöqtədə yüksək tərtibli Lipşis şərtini ödəyən funksiyalar sinfindən istıfadə olunaraq diferensial daxilolma üçün ekstremal məsələ variasiya məsələsinə gətirilmiş və yüksək tərtibli zəruri şərt alınmışdır. Minimallaşdırılan funksionalın xüsusi hallarında diferensial daxilolma üçün ekstremal məsələdə yüksək tərtibli dəqiq cərimə funksiyası qurulmuşdur.
  • Dəqiq müəyyən edilə bilməyən parametrlərin ekspert tərəfindən dəyişmə aralığının verilməsinə görə uyğun mənsubiyyət funksiyalarının qurulması və məsələlərin həllində istifadə edilməsi, qeyri-səlis qaydalar bazasına daxil edilməsi adekvat həllərin tapılmasına gətirib çıxarmışdır. Xüsusi halda dənizdə çirklənmənin yayılmasının proqnozlaşdırılması məsələsinə baxılmışdır. Məqsəd, yeni üsullarla dənizdə neftlə çirklənmənin monitorinqini aparmaq, əvvəlki üsullara görə daha adekvat nəticələr almaqdır.