Şöbənin vəzifələri:
- Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət etmək;
- BDU-nun Tələbə Elmi Cəmiyyəti (TEC) və Gənc Alimlər Şurasının (GAŞ) fəaliyətini müəyyənləşdirmək;
- BDU-nun ictimai elmi birliklərinin işini əlaqələndirmək;
- Elmi tədbirlərin planlaşdırılmasında metodiki yardım göstərmək və elmi tədbirlərə nəzarət etmək;
- Elmi tədbirlərin keçirilməsi üzrə təşkilati məsələlərə nəzarət etmək;
- BDU-nun elmi-tədqiqat fəaliyyətinin elektron kommunikasiya vasitələri ilə təbliğ edilməsi üçün müvafiq struktur bölmələri ilə və müvafiq təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq;
- BDU-da elmi ədəbiyyatın və elmi jurnalların çapına nəzarət etmək;
- BDU əməkdaşlarının Scopus, Web of Science və s. kimi verilənlər bazasında indekslənmiş elmi jurnallarda nəşr fəaliyyətinin artmasını dəstəkləmək;
- BDU-nun əməkdaşlarına və tələbələrinə elmi mobilliklə əlaqəli məsələlərin həllində köməklik göstərmək.
Şöbənin funksiyaları:
- Poçt, media, internet və birbaşa əlaqə vasitəsilə müxtəlif mükafatlar, təqaüdlər, fərdi medallar, bütün elmi tədbirlər (iclaslar, konfranslar, seminarlar), Azərbaycan Respublikası Təhsil Nazirliyinin, digər nazirlik və idarələrin, fondların, Azərbaycan Milli Elmlər Akademiyasının qrantları və müsabiqələri barədə məlumatlar əldə etmək;
- Əldə etdiyi bütün məlumatlar barəsində elektron və yazılı formada filialları da daxil olmaqla Universitetin rəhbərliyini, fakültə dekanlarını, müəllimlərini, elmi-tədqiqatçılarını, doktorantlarını və tələbələrini dərhal məlumatlandırmaq;
- TEC və GAŞ-ın bütün tədbirlərinin təşkilinə köməklik göstərmək;
- Elmi müsabiqələrdə, nazirlik və idarələrin, fondların qrantları, mükafatlar, təqaüdlər və qeydə alınmış medallar uğrunda müsabiqələrdə iştirak etmək üçün universitetin təkliflərinin formalaşdırılması və təqdim edilməsini həyata keçirmək, sənədlərin qeydiyyatı üzrə məsləhətlər vermək;
- BDU əməkdaşlarının və tələbələrin elm və texnologiya sahəsindəki mükafatlar uğrunda beynəlxalq, regional və şəhər müsabiqələrində iştirakını təşkil etmək;
- Dövri elmi nəşrlərə abunəni təşkil etmək;
- BDU-nun elmi nailiyyətlərinin elmi-texniki təbliğatını təşkil etmək;
- Konfransların keçirilməsi ilə bağlı BDU-nun strukturlarından müraciətləri toplamaq, illik elmi tədbirlərin planını hazırlamaq;
- AR Təhsil Nazirliyinin məlumat dəstəyi üçün planlaşdırılan tədbirlər barədə təklifləri hazırlamaq;
- Yığıncaqlar, konfranslar, seminarlar, təqdimatlar, sərgilər üçün bülletenlər, proqramlar hazırlamaq, tezislərin və materialların dərc edilməsini təşkil etmək;
- Elmi işlərin yerli və xarici nəşrlərdə dərc edilməsi ilə əlaqədar məsləhətlər vermək;
- BDU nəşriyyatı tərəfindən nəşr olunan jurnal və məcmuələrdə dərc olunması üçün elmi məqalələrin toplanmasına nəzarət etmək;
- BDU-nun prioritet istiqamətlərdə hədəf proqramı çərçivəsində həyata keçirilən mövzularda tədqiqatların aparılmasına informasiya və təşkilati dəstək göstərmək;
- Şöbənin səlahiyyətlərinə aid əmrləri hazırlamaq;
- BDU əməkdaşlrının dərc olunma göstəriciləri, müsabiqələrdə, proqramlarda, qrantlarda və sərgilərdə iştirakı, əldə olunan mükafatların uçotu barədə məlumatları toplamaq;
- Elmi-təşkilati şöbənin illik hesabatını elmi və innovativ işlər üzrə prorektora təqdim etmək;