ŞÖBƏ HAQQINDA

Doktoratura pilləsində elmi-pedaqoji kadrların hazırlanması işini təşkil edir və həyata keçirir, tədris və elmi-tədqiqat işlərinin təşkili təcrübəsi ilə mübadilə üzrə BDU-nun həyata keçirdiyi tədbirlərdə iştirak edir, doktorantlara informasiya və metodiki dəstək verir, yüksək ixtisaslı kadr hazırlığı sahələrinin lisenziyalaşdırılması və akkreditasiyası üçün sənədləri hazırlayır.
 
Şöbənin funksiyaları:
  • doktorantların tədris və elmi-tədqiqat işlərinin planlaşdırılması (təhsil proqramlarının və fərdi iş planlarının hazırlanması);
  • doktorluq imtahanlarının təşkili (imtahan komissiyalarının formalaşdırılması, imtahan cədvəllərininin razılaşdırılması, əmr layihələrinin, protokolların və digər cari sənədlərin hazırlanması);
  • doktorantların aralıq və yekun attestasiyasının aparılması üçün məlumatların toplanması, proqram-metodiki materialların hazırlanması və attestasiyaların təşkili;
  • doktorantların aralıq və yekun attestasiyasının keçirilməsi ilə bağlı struktur bölmələrinin fəaliyyətinə nəzarət;
  • elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) alınması üzrə doktorantlara metodiki köməkliyin göstərilməsi;
  • doktoranturaya qəbul imtahanlarının təşkili (qəbul imtahanlarının proqramları, imtahan biletləri, imtahan vərəqləri, cavab protokollarının blankları və s.);
  • hesabat, statistik və digər idarəetmə sənədlərinin hazırlanması və icrası;
  • doktorantlar haqqında məlumat bazasının hazırlanması.