BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Bayburt Universitetinin rektoru Mutlu Türkmen imzalayıb.
Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 2008-ci ildə əsası qoyulmuş Bayburt Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biri hesab olunur. Bayburt Universitetində 9 fakültə, 6 peşə məktəbi fəaliyyət göstərir və 16000-dən çox tələbə təhsil alır.