BDU Biologiya fakültəsinin tələbələri “Azərkosmos”da
SOSİAL
31 May 2024 14:40
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri üçün Azərbaycan Respublikasının Kosmik Agentliyinə (“Azərkosmos”) infotur təşkil edilib. Tələbələr “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Yaşıl dünya həmrəylik ili”nə həsr olunmuş seminarda iştirak ediblər.
Əvvəlcə “Azərkosmos”un İctimaiyyətlə əlaqələr, media və kommunikasiya şöbəsinin baş mütəxəssisi Nigar Kazımova, Anten və radiotezlik qrupunun baş mütəxəssisi Coşqun Qarayev Agentliyin fəaliyyətindən söz açıblar. Peyk əməliyyatlar otağı və milli peyklərimizlə əlaqəni təmin edən anten meydançasına baxış keçirilib.
Sonra “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri Mərkəzinin Torpaqşünaslıq və torpaq kadastrı üzrə aparıcı mütəxəssisi Saleh Nəbiyev “Azərbaycan peyklərinin ekosistemlərin və biomüxtəlifliyin idarəolunmasında data imkanları” adlı təqdimatla çıxış edərək, aerokosmik zondlama texnologiyalarının biologiya və ekologiya sahələrində tətbiq imkanları, həyata keçirilən layihə və metodologiyalar haqqında məlumat verib.
İnfoturun ikinci hissəsində Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Yusif Abiyev tələbələri yarımsəhra ekosisteminin biomüxtəlifliyi və nadir bitkilərlə əyani tanış edib.
Son XƏBƏRLƏR
23.11.2024 | 20:49
BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
23.11.2024 | 16:25
Pakistan nümayəndə heyəti BDU-da
22.11.2024 | 11:56
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan “Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib
22.11.2024 | 11:35
Görkəmli hüquqşünas, nüfuzlu alim, peşəkar müəllim – Məsumə Məlikova
22.11.2024 | 09:19