BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

            BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

            BSU 3 July 2026 15:11

            BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

            2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində magistratura səviyyəsində “Türk dünyasının coğrafiyası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

            Türk dünyasının coğrafiyası türk dövlətləri və xalqlarının tarixi-coğrafi, iqtisadi və sosial inkişafını, təbii-coğrafi xüsusiyyətlərini, mədəni irsini, inteqrasiya proseslərini və geosiyasi əhəmiyyətini öyrənən mühüm elmi istiqamətlərdən biridir. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi, ortaq elmi və mədəni layihələrin həyata keçirilməsi, eləcə də Türk dünyasının beynəlxalq münasibətlər sistemində rolunun artması bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir.

            Yeni ixtisaslaşma çərçivəsində magistrantlar türk dövlətlərinin və xalqlarının tarixi-coğrafi inkişaf xüsusiyyətləri, təbii ehtiyatları, iqtisadi və sosial coğrafiyası, regional əməkdaşlığı, mədəni irs və inteqrasiya prosesləri üzrə dərin nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Onlar Türk dünyası ilə bağlı elmi araşdırmalar aparmaq, analitik təhlillər hazırlamaq, müxtəlif layihələrdə iştirak etmək, əldə etdikləri nəticələri Azərbaycan və digər türk dillərində şifahi və yazılı formada təqdim etmək bacarığı qazanacaqlar.

            Tədris prosesində magistrantlara müasir elmi metodologiyalar əsasında tədqiqat aparmaq, beynəlxalq elmi əməkdaşlıqlarda iştirak etmək, türk dövlətləri ilə bağlı elmi və tətbiqi layihələrdə çalışmaq, elmi məqalələr hazırlamaq və beynəlxalq platformalarda təqdimatlar etmək imkanları yaradılacaq.

            “Türk dünyasının coğrafiyası” ixtisaslaşmasının məzunları Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının türk dövlətlərindəki səfirlik və konsulluqları, beynəlxalq təşkilatlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil müəssisələrində, turizm və mədəni irs sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları, eləcə də Türk dünyası ilə bağlı layihələrin həyata keçirildiyi müxtəlif platformalarda peşəkar fəaliyyət göstərə biləcəklər.

            Yeni ixtisaslaşma Türk dünyasının tarixi, coğrafiyası və mədəni irsinin elmi əsaslarla öyrənilməsinə, bu istiqamətdə müasir çağırışlara cavab verən mütəxəssislərin hazırlanmasına, həmçinin türk dövlətləri arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

            BSU

            Son XƏBƏRLƏR

            03.07.2026 | 16:50

            BDU-da “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov olub

            03.07.2026 | 12:22

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

            03.07.2026 | 11:43

            BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

            02.07.2026 | 15:29

            BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

            02.07.2026 | 12:00

            BSU Launches Master's Specialization in Biomedical Materials

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025