BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

            BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

            first degree 2 July 2026 15:29

            BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

            Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Milli Kitabxanası və “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-ci il)” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

            “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-ci il)” kitabı BDU və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə hazırlanıb.

            Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, sovet dövründə müxtəlif səbəblərdən stenoqrafik hesabata daxil edilməyən, Azərbaycan və digər türk dillərində səsləndirilmiş məruzələr ilk dəfə Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatının yeni nəşrində tam şəkildə toplanıb: “Həmin məruzələr Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyi ilə birlikdə 1926-cı ildə nəşr olunmuş hesabatın yeni nəşrində öz əksini tapıb. Türk dünyasının ideoloqlarından Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə, Mehmet Fuat Köprülü və digər görkəmli ziyalıların məruzələrinin tam mətnləri Azərbaycan, türk və digər dillərdə bu stenoqrafik hesabata daxil edilib və yenidən nəşr olunub. İnanıram ki, bundan sonra Türk dünyası ölkələri arasında əlaqələr daha da genişlənəcək, əməkdaşlıq möhkəmlənəcək və bu cür təşəbbüslər türk dövlətlərinin beynəlxalq aləmdə söz sahibi olmasına mühüm töhfə verəcək".

            Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Türk dünyasının ortaq irsinin qorunması xüsusi əhəmiyyət daşıyır. Birinci Türkoloji Qurultayın zəngin elmi irsi bu gün də aktuallığını qoruyur. Tədbirin məhz Bakıda keçirilməsi təsadüfi olmayıb. Azərbaycan türk xalqlarının tarixi və mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm missiya yerinə yetirir. Onun sözlərinə görə, təqdim olunan hər iki nəşrin işıq üzü görməsi Türk dünyasının milli-mənəvi dəyərlərinin qorunması istiqamətində aparılan məqsədyönlü və davamlı fəaliyyətin göstəricisidir: “Bu tarixi addımlar gələcəkdə Türk dünyasının elmi və mədəni inkişafında mühüm rol oynayacaq. Türk dünyasının Milli kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsi, ortaq virtual oxu zalının yaradılması, birgə elmi seminar və konfransların təşkili gələcək fəaliyyətin əsas istiqamətlərindən olacaq”.

            AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatı Azərbaycan türkologiyasının, humanitar elminin, ümumilikdə isə ictimai və humanitar elmlərin inkişaf tarixində mühüm başlanğıc nöqtəsidir. Bu sənəd həm proqram, həm salnamə, həm tarixi akt, həm də gələcək inkişaf üçün bir manifestdir: “Kitab mətnin tam və dəqiq bərpası, yüksək poliqrafik keyfiyyəti baxımından Türkoloji Qurultayın 100 illiyi münasibətilə Azərbaycan elminə və cəmiyyətinə təqdim olunan ən sanballı nəşrlərdən biridir. Gələcəkdə bu stenoqrafik hesabatın daha geniş coğrafiyada, ilk növbədə isə Türk dünyasında yayılması məqsədəuyğun olardı. Kitabın türk ölkələrinin kitabxanalarında da nəşri və istifadəyə verilməsi onun elmi əhəmiyyətini daha da artıracaq. Bu əsər türkologiyanın fundamental qaynaqlarından biridir. Kitabın belə yüksək səviyyədə hazırlanaraq elmi ictimaiyyətə təqdim olunması türkologiyanın yeni mərhələdə Birinci Türkoloji Qurultayın müəyyən etdiyi çoxvektorlu inkişaf modeli əsasında inkişafına mühüm töhfə verəcək”.

            Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türk dünyasının hazırda tarixi mərhələ qət etdiyini və böyük, güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, türk xalqları tarix boyu repressiyalara, ağır sınaqlara məruz qalsalar da, öz milli kimliklərini, dillərini və mədəni irslərini qoruyub saxlamağı bacarıblar. Təqdim olunan nəşrlər bu zəngin irsin araşdırılması üçün dəyərli mənbədir.

            BDU rektoru Elçin Babayev bildirib ki, “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat” ilk dəfə Qurultayın 80 illiyi münasibətilə BDU alimləri tərəfindən tərcümə edilərək nəşr olunub. Sonrakı illərdə həm qurultay materiallarının yeni elmi baxış prizmasından yenidən qiymətləndirilməsinə, həm də müasir nəşr və informasiya texnologiyalarının tətbiqinə ehtiyac yarandığından nəşrin yenilənməsi zərurəti yaranıb. Yenilənmiş nəşrdə 2006-cı il tərcüməsi yenidən elmi redaktədən keçirilib. Nəşrin elmi redaktoru BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərovdur.

            Rektor qeyd edib ki, “Türk dünyası həftəsi” çərçivəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu türkoloq alimlərin, dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı ilə beynəlxalq konfranslar, konqreslər və zəngin mədəni proqramlar təşkil olunur: “Bu mühüm tədbirlər sırasında Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” Beynəlxalq elmi konfransı xüsusi əhəmiyyət daşıyır. Bu nəşr Birinci Türkoloji Qurultayda müzakirə olunan fundamental məsələlərin yenidən elmi dövriyyəyə daxil edilməsinə, müasir türkologiya araşdırmalarının zənginləşdirilməsinə və ali təhsil müəssisələrində dəyərli tədris vəsaiti kimi istifadəsinə mühüm töhfə verəcək. Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə ölkəmizin görkəmli alim və tədqiqatçıları tərəfindən qurultayın müxtəlif istiqamətlərinə həsr olunmuş çoxsaylı qiymətli nəşrlər hazırlanıb. Şübhəsiz ki, onların hər biri türkologiya, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafına mühüm töhfə verir. Yeni nəşrlərin əsas üstünlüyü Qurultayın bütün iclaslarının tam və ardıcıl şəkildə əks olunmasıdır. Məruzələr, müzakirələr və qəbul edilmiş qətnamələr orijinal məzmunu qorunmaqla oxuculara təqdim edilir. Bu isə kitabı tədqiqatçılar üçün etibarlı və fundamental elmi mənbəyə çevirir”.

            Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov, Türkiyənin Milli Kitabxana və Nəşrlər İdarəsinin Baş direktoru Taner Beyoğlu, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli və türkiyəli professor Osman Fikri Sertkaya “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-ci il)” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının “Türk dünyası həftəsi” üçün ən dəyərli töhfə olduğunu deyiblər.

            Sonda Azərbaycan Milli Kitabxanasının veb-saytında yaradılan Birinci Türkoloji Qurultayın materiallarının toplandığı elektron məlumat bazasının tədimatı keçirilib və tədbir iştirakçılarına Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilən xatirə döş nişanları təqdim olunub.

            first degree

            Son XƏBƏRLƏR

            03.07.2026 | 16:50

            BDU-da “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov olub

            03.07.2026 | 15:11

            BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

            03.07.2026 | 12:22

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

            03.07.2026 | 11:43

            BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

            02.07.2026 | 12:00

            BSU Launches Master's Specialization in Biomedical Materials

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025