Tələbə Evinə yalnız BDU tələbələri müraciət edə bilərlər.
Tələbə Evində yer ilə təmin olunmaq üçün hər il 1 sentyabr tarixindən başlayaraq tələbələr ərizə ilə müraciət etməli, müvafiq sənədləri təqdim etməlidirlər.
Müraciətlərin çoxluğunu nəzərə alaraq, ilk növbədə, aşağıdakı tələbələrin yataqxanada yer ilə təmin olunmasına üstünlük verilir:
- Şəhid və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri;
- Əlilliyi olan tələbələr;
- Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr;
- Qaçqın və məcburi köçkün ailələrinin üzvləri;
- Sosial həssa qrupa daxil olan ailələrin övladları.