"TƏLƏBƏ EVİ"NƏ MÜRACİƏT QAYDALARI

Tələbə Evinə yalnız BDU tələbələri müraciət edə bilərlər.

Tələbə Evində yer ilə təmin olunmaq üçün hər il 1 sentyabr tarixindən başlayaraq tələbələr ərizə ilə müraciət etməli, müvafiq sənədləri təqdim etməlidirlər.

Müraciətlərin çoxluğunu nəzərə alaraq, ilk növbədə, aşağıdakı tələbələrin yataqxanada yer ilə təmin olunmasına üstünlük verilir:

  • Şəhid və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri;
  • Əlilliyi olan tələbələr;
  • Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələr;
  • Qaçqın və məcburi köçkün ailələrinin üzvləri;
  • Sosial həssa qrupa daxil olan ailələrin övladları.