BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Qəhrəmanlıq və şərəf bayramı

            Qəhrəmanlıq və şərəf bayramı

            first degree 26 June 2025 08:00

            Qəhrəmanlıq və şərəf bayramı

            26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

            Azərbaycanın dövlətçiliyinin və təhlükəsizliyinin qarantı olan Müzəffər Ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla yanaşı, regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır.

            107 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə ölkəmizdə ilk Əlahiddə Azərbaycan Korpusu yaradılıb, bununla Azərbaycan Silahlı Qüvvələrinin təməli qoyulub. Həmin ilin avqust ayının 1-də Hərbi Nazirlik təsis olunub. Beləliklə, uzun müddət hərb sənətindən, ordu quruculuğundan məqsədli şəkildə uzaq salınmış xalqımız tarixi ənənələri bərpa edib, sıralarında millətimizin ən cəsur oğullarının cəmləşdiyi milli ordumuz yaradılıb.

            Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb.

            Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm”.

            Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğuna yenidən başlanılıb. Ölkəmizdə bütün sahələrin inkişafı kimi, peşəkar, nizami ordu quruculuğu və vahid komandanlığın yaradılması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

            Ulu Öndərin ardıcıl səyləri, dərin bilik və bacarığı, sərkərdəlik məharəti nəticəsində peşəkar ordunun formalaşdırılması prosesinə başlanılıb. Dahi şəxsiyyət tarixi ənənələrə hörmət, varislik prinsiplərinə sədaqətlə yanaşaraq, silahlı qüvvələr gününün tarixinin qeyd edilməsinə də yenidən baxıb və ədaləti bərpa edib. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.

            Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğu daim prioritet məsələ kimi diqqətdə saxlanılıb, ölkəyə cəlb edilən investisiyalardan əldə edilən gəlirlər ordunun maddi-texniki təminatına, eyni zamanda hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Ordunun kadr potensialının müasir səviyyədə təmin edilməsi məqsədilə hərbi lisey və ali hərbi məktəblərin maddi-texniki bazası gücləndirilib, strukturu və idarə edilməsi təkmilləşdirilib.

            2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olunub. Bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Ölkə başçısının düşünülmüş siyasəti, məharətli idarəçilik səriştəsi sayəsində Azərbaycan silahlı qüvvələri yüksək maddi-texniki təminatla təchiz olunub, ən müasir silahlarla silahlanıb, peşəkar ordu kimi formalaşıb.

            Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətlə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri özünün ən şərəfli missiyasını Vətən müharibəsində yerinə yetirdi və 30 il davam edən işğala 44 gün ərzində son qoydu. 2023-cü ilin sentyabr ayında Ordumuzun lokal xarakterli antiterror əməliyyatı ilə isə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvası məhv edildi və milli suverenliyimiz bərpa olundu. Rəşadətli ordumuz tarixi ədaləti təmin etdi, müqəddəs üçrəngli bayrağımızı bütöv Azərbaycanda əbədi ucaltdı.

            Artıq beş ildir 26 iyun – Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq olaraq ümumxalq bayramı kimi qeyd edirik. Xalqımıza bu zəfəri yaşadan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı diləyir, Vətənin müdafiəsində dayanan igid hərbçilərimizlə fəxr edirik.

            Qalib Ordumuzun əsgər və zabitlərini, bütün xalqımızı bayram münasibətilə təbrik edirik.

            Tanrı Azərbaycanımızı, Müzəffər Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu qorusun!

            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025