BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Qəhrəmanlıq və şərəf bayramı

            Qəhrəmanlıq və şərəf bayramı

            SOSİAL 26 İyun 2024 09:00

            Qəhrəmanlıq və şərəf bayramı

            26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

            Azərbaycanın dövlətçiliyinin və təhlükəsizliyinin qarantı olan Müzəffər Ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla yanaşı, regionda sülhün, sabitliyin qorunmasında mühüm rol oynayır.

            106 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə ölkəmizdə ilk Əlahiddə Azərbaycan Korpusu yaradılıb, bununla Azərbaycan Silahlı Qüvvələrinin təməli qoyulub. Həmin ilin avqust ayının 1-də Hərbi Nazirlik təsis olunub. Beləliklə, uzun müddət hərb sənətindən, ordu quruculuğundan məqsədli şəkildə uzaq salınmış xalqımız tarixi ənənələri bərpa edib, sıralarında millətimizin ən cəsur oğullarının cəmləşdiyi milli ordumuz yaradılıb.

            Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb.

            Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm”.

            Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğuna yenidən başlanılıb. Ölkəmizdə bütün sahələrin inkişafı kimi, peşəkar, nizami ordu quruculuğu və vahid komandanlığın yaradılması da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

            Ulu Öndərin ardıcıl səyləri, dərin bilik və bacarığı, sərkərdəlik məharəti nəticəsində peşəkar ordunun formalaşdırılması prosesinə başlanılıb. Dahi şəxsiyyət tarixi ənənələrə hörmət, varislik prinsiplərinə sədaqətlə yanaşaraq, silahlı qüvvələr gününün tarixinin qeyd edilməsinə də yenidən baxıb və ədaləti bərpa edib. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.

            Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ordu quruculuğu daim prioritet məsələ kimi diqqətdə saxlanılıb, ölkəyə cəlb edilən investisiyalardan əldə edilən gəlirlər ordunun maddi-texniki təminatına, eyni zamanda hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Ordunun kadr potensialının müasir səviyyədə təmin edilməsi məqsədilə hərbi lisey və ali hərbi məktəblərin maddi-texniki bazası gücləndirilib, strukturu və idarə edilməsi təkmilləşdirilib.

            2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olunub. Bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatıb. Ölkə başçısının düşünülmüş siyasəti, məharətli idarəçilik səriştəsi sayəsində Azərbaycan silahlı qüvvələri yüksək maddi-texniki təminatla təchiz olunub, ən müasir silahlarla silahlanıb, peşəkar ordu kimi formalaşıb.

            Ulu Öndərin uzaqgörənliklə formalaşdırdığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətlə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri özünün ən şərəfli missiyasını Vətən müharibəsində yerinə yetirdi və 30 il davam edən işğala 44 gün ərzində son qoydu. Ötən ilin sentyabr ayında Ordumuzun lokal xarakterli antiterror əməliyyatı ilə isə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvası məhv edildi və milli suverenliyimiz bərpa olundu. Rəşadətli ordumuz tarixi ədaləti təmin etdi, müqəddəs üçrəngli bayrağımızı bütöv Azərbaycanda əbədi ucaltdı.

            Artıq dörd ildir 26 iyun – Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq olaraq ümumxalq bayramı kimi qeyd edirik. Xalqımıza bu zəfəri yaşadan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı diləyir, Vətənin müdafiəsində dayanan igid hərbçilərimizlə fəxr edirik.

            Qalib Ordumuzun əsgər və zabitlərini, bütün xalqımızı bayram münasibətilə təbrik edirik.

            Tanrı Azərbaycanımızı, Müzəffər Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu qorusun!

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025