BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            BSU 21 May 2026 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış ediblər.

            Sessiya çərçivəsində BDU nümayəndələri şəhər dayanıqlılığı, yaşıl texnologiyalar və ağıllı infrastruktur həllərinə dair iki əsas layihəni təqdim edib.

            BDU-nun doktorantı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (TETYM) əməkdaşı İmran Bayramov tərəfindən təqdim edilən “Clean-Charge” EkoEnerji məntəqəsi layihəsi elektrikli nəqliyyatın artan istifadəsi fonunda yaranan ekoloji və enerji problemlərinə fokuslanıb. Qeyd olunub ki, dünyada elektrikli avtomobillərin sayı sürətlə artaraq 2024-cü ilə qədər 55.8 milyonu keçib, Azərbaycanda isə EV və plug-in hibridlərin idxalı son illərdə əhəmiyyətli dərəcədə artıb. Bununla belə, elektrik enerjisinin əsasən qaz və kömürdən əldə olunması nəticəsində “dolayı karbon emissiyası” problemi aktuallaşır. Elektrikli avtomobillər birbaşa emissiya yaratmasa da, istifadə olunan elektrik enerjisinin mənbəyindən asılı olaraq hər kilometr üzrə CO₂ izi bəzi hallarda ənənəvi yanacaqla işləyən avtomobillərə yaxın səviyyəyə çata bilər. “Clean-Charge” layihəsi beynəlxalq standartlara uyğun AC şarj infrastrukturu, qoruyucu elektrik sistemləri və ildırımdan mühafizə texnologiyaları ilə təchiz olunmuş təhlükəsiz və dayanıqlı enerji həlli kimi təqdim edilib.

            Daha sonra çıxış edən BDU-nun Biologiya fakültəsinin Biomühəndislik laboratoriyasının elmi araşdırmaçısı Nurlan Əmrahov “Şəhər hidroponikasından ağıllı qida istehsalına” layihəsi ilə çıxış edib. Təqdimatda hidroponik sistemlərin şəhər mühitində tətbiqi və onların resurs səmərəliliyi geniş izah olunub. Hidroponik texnologiyaların ənənəvi kənd təsərrüfatı ilə müqayisədə su sərfiyyatını 90%-ə qədər azalda, məhsuldarlığı isə 3–20 dəfə artıra bildiyi qeyd olunub. Layihə çərçivəsində NFT, DWC, damcı suvarma və aeroponik sistemlər kimi müxtəlif hidroponik üsullar izah olunub. Eyni zamanda balkon və kiçik məkanlarda mini-ferma modelləri, həmçinin şaquli divar bağçaları şəhər yaşıllaşdırılması və yerli qida istehsalı üçün effektiv həll kimi təqdim edilib.

            Qeyd edək ki, BDU WUF13 çərçivəsində “Clean Charge” startapı ilə Biznes və İnnovasiya Mərkəzində, “WUF Academy” təlim proqramında, “Youth at the Core of Housing Solutions” adlı panel müzakirəsində, eləcə də rəsmi sərgi stendi ilə təmsil olunur.

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib
            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib
            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib
            BSU Internationalization

            Son XƏBƏRLƏR

            21.05.2026 | 17:15

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi

            21.05.2026 | 17:05

            BDU TGT-nin təşkilatçılığı ilə universitetlərarası futbol çempionatı keçiriləcək

            21.05.2026 | 17:04

            BDU əməkdaşları Üsküdar Universiteti tərəfindən təşkil olunan 13-cü Beynəlxalq Kommunikasiya Günlərində məruzə ediblər

            21.05.2026 | 16:10

            BDU-nun “Diplomatın nitqi” layihəsinin yekun görüşü keçirilib

            21.05.2026 | 15:44

            BDU-da təlim: “Karyera yolunda ünsiyyət, CV və peşə seçimi”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025