BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

            BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

            Internationalization 7 March 2025 15:10

            BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

            Bakı Dövlət Universiteti (BDU) və “Codelandia” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

            Memorandumu BDU rektoru Elçin Babayev və “Codelandia” MMC-nin direktoru Günel Cənnətova imzalayıblar.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun 5 əsas prioritetindən birinin kompüter elmləri və riyaziyyat olduğunu deyib. O bildirib ki, BDU-nun çox güclü riyaziyyat məktəbi, tətbiqi riyaziyyat və kibernetika istiqamətində böyük uğurları var. Digər tərəfdən kompüter elmlərinin öyrənilməsi, innovasiya yönümlü layihələrin həyata keçirilməsi günün tələbidir. Rektor bu baxımdan “Codelandia” MMC ilə birgə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib: ”Codelandia” ilə birgə BDU-da informasiya texnologiyaları üzrə ustad dərsləri, simulyasiyalar, olimpiadalar, konfranslar keçirilə, kibertəhlükəsizlik sahəsində təlimlər təşkil oluna bilər”.

            “Codelandia” MMC-nin direktoru Günel Cənnətova rəhbərlik etdiyi qurumun ölkəmizin innovativ yönümlü tədris bazarında özünəməxsus yeri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, həm ölkə daxilində, həm də dünyanın texnologiya liderləri ilə qurulan tərəfdaşlıqlar əsasında yüksək səviyyəli tədris və təcrübə proqramı formalaşdırmağa nail olunub. O, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt sahələrində BDU ilə birgə əməkdaşlığın ölkədə bu sahədə mütəxəssis hazırlığına mühüm töhfə verəcəyini bildirib.

            Qeyd edək ki, memoranduma əsasən, tərəflər kibertəhlükəsizlik, süni intellekt, informasiya texnologiyaları, data analitika və digər sahələrdə birgə tədqiqatlar və layihələr həyata keçirəcək. Tədris proqramlarının yenilənməsi və təkmilləşdirilməsi, yeni ixtisaslar və ixtisasartırma proqramları üzrə müasir təhsil metodlarının tətbiqi, texnologiya üzrə birgə beynəlxalq və regional elmi konfransların, elmi-texniki sahələrdə mütəxəssis hazırlığı üzrə kursların və peşəkar inkişaf proqramlarının təşkili  edilməsi, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması da memorandumda əks olunub.

            BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
            Internationalization

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025