BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

            BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

            BEYNƏLMİLƏLLƏŞMƏ 7 Mart 2025 15:10

            BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

            Bakı Dövlət Universiteti (BDU) və “Codelandia” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

            Memorandumu BDU rektoru Elçin Babayev və “Codelandia” MMC-nin direktoru Günel Cənnətova imzalayıblar.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev BDU-nun 5 əsas prioritetindən birinin kompüter elmləri və riyaziyyat olduğunu deyib. O bildirib ki, BDU-nun çox güclü riyaziyyat məktəbi, tətbiqi riyaziyyat və kibernetika istiqamətində böyük uğurları var. Digər tərəfdən kompüter elmlərinin öyrənilməsi, innovasiya yönümlü layihələrin həyata keçirilməsi günün tələbidir. Rektor bu baxımdan “Codelandia” MMC ilə birgə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib: ”Codelandia” ilə birgə BDU-da informasiya texnologiyaları üzrə ustad dərsləri, simulyasiyalar, olimpiadalar, konfranslar keçirilə, kibertəhlükəsizlik sahəsində təlimlər təşkil oluna bilər”.

            “Codelandia” MMC-nin direktoru Günel Cənnətova rəhbərlik etdiyi qurumun ölkəmizin innovativ yönümlü tədris bazarında özünəməxsus yeri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, həm ölkə daxilində, həm də dünyanın texnologiya liderləri ilə qurulan tərəfdaşlıqlar əsasında yüksək səviyyəli tədris və təcrübə proqramı formalaşdırmağa nail olunub. O, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt sahələrində BDU ilə birgə əməkdaşlığın ölkədə bu sahədə mütəxəssis hazırlığına mühüm töhfə verəcəyini bildirib.

            Qeyd edək ki, memoranduma əsasən, tərəflər kibertəhlükəsizlik, süni intellekt, informasiya texnologiyaları, data analitika və digər sahələrdə birgə tədqiqatlar və layihələr həyata keçirəcək. Tədris proqramlarının yenilənməsi və təkmilləşdirilməsi, yeni ixtisaslar və ixtisasartırma proqramları üzrə müasir təhsil metodlarının tətbiqi, texnologiya üzrə birgə beynəlxalq və regional elmi konfransların, elmi-texniki sahələrdə mütəxəssis hazırlığı üzrə kursların və peşəkar inkişaf proqramlarının təşkili  edilməsi, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin yaradılması da memorandumda əks olunub.

            BDU və “Codelandia” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025