BDU-nun Jurnalistika fakültəsinin tələbəsi “Xocalı həqiqətləri rəqəmsal sənətdə” adlı fotomüsabiqənin qalibi olub
first degree
27 February 2025 16:25

Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən “Xocalı həqiqətləri rəqəmsal sənətdə” mövzusunda fotomüsabiqə başa çatıb.
Müsabiqənin məqsədi Xocalı faciəsinin dərin emosional təsirini sənət vasitəsilə ifadə etmək, tarixi həqiqətləri innovativ yolla yeni nəsillərə ötürmək və vizual sənətin gücü ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Münsiflər heyətinin qərarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbəsi Nahid Xəlilovun işi müsabiqədə I yerə layiq görülüb.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
08.11.2026 | 00:00
Müstəqilliyimizin əbədi rəmzi
08.11.2026 | 18:35
BDU kollektivi Zəfər parkını ziyarət edib
08.11.2026 | 11:00
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
07.11.2026 | 00:00
Milli qürur günümüz
07.11.2026 | 20:37