BDU-nun Jurnalistika fakültəsinin tələbəsi “Xocalı həqiqətləri rəqəmsal sənətdə” adlı fotomüsabiqənin qalibi olub
SOSİAL
27 Fevral 2025 16:25

Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən “Xocalı həqiqətləri rəqəmsal sənətdə” mövzusunda fotomüsabiqə başa çatıb.
Müsabiqənin məqsədi Xocalı faciəsinin dərin emosional təsirini sənət vasitəsilə ifadə etmək, tarixi həqiqətləri innovativ yolla yeni nəsillərə ötürmək və vizual sənətin gücü ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Münsiflər heyətinin qərarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin III kurs tələbəsi Nahid Xəlilovun işi müsabiqədə I yerə layiq görülüb.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
Son XƏBƏRLƏR
25.09.2026 | 10:34
Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
24.09.2026 | 16:19
BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24.09.2026 | 11:17
BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
23.09.2026 | 22:01
BDU rektorunun müşaviri “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23.09.2026 | 15:54