BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

            Internationalization 26 October 2026 09:42

            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

            Bakı Dövlət Universitetinin (BDU) iki komandası 51-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb.

            ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universitetinin və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən və 23 ali təhsil müəssisəsindən 162 komandanın qatıldığı müsabiqənin təsnifat mərhələsində BDU-nun "BSU 1" və "BSU 2" komandaları II dərəcə ilə qiymətləndirilib.

            Hər iki komanda BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrindən ibarətdir. "BSU 1" komandasını Mirağa Əliyev, Fuadxan Səfərov və Şəhrud İsmayılov, "BSU 2" komandasını isə Elşən Məhərrəmov, Mehdi Məmmədov və Kənan Sadıqlı təmsil edirlər.

            Komanda üzvlərindən Mirağa Əliyev fakültədə magistratura səviyyəsində təhsil alır və BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma şöbəsinin mütəxəssisi kimi çalışır. Mehdi Məmmədov isə fakültənin tələbəsi olmaqla yanaşı, Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin laborantıdır.

            Hər iki komandanın məşqçiləri Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin direktoru İsmayıl Zeynalov, həmin mərkəzin mütəxəssisi Nihat Qəribli və İnformasiya texnologiyaları və proqramlaşdırma şöbəsinin mütəxəssisi Emil Hüseynovdur.

            Müsabiqədə komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib. Nəticələrə əsasən, 69 komanda ICPC-nin Azərbaycan üzrə final mərhələsinə çıxıb.

            Qeyd edək ki, regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar 11-13 dekabr 2025-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 51-ci ICPC-nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında komanda və fərdi nominasiyalar üzrə iştirak etmək hüququ əldə edəcəklər.

            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
            Internationalization

            Son XƏBƏRLƏR

            26.10.2026 | 12:48

            Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi

            26.10.2026 | 10:58

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

            25.10.2026 | 18:00

            BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

            25.10.2026 | 17:00

            XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

            24.10.2026 | 14:00

            BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025