BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

            first degree 13 November 2026 16:44

            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

            Bakı Dövlət Universiteti (BDU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində Universitet əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim təşkil olunub.

            BDU-nun Keyfiyyət təminatı Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim Milli Observatoriyanın mütəxəssisi, psixoloq, 3 saylı Bakı DOST Mərkəzində sosial-psixoloji xidmətlər üzrə aparıcı mütəxəssis Ramilə Abidova tərəfindən aparılıb.

            Tədbirin açılışında çıxış edən BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov təlimin BDU əməkdaşlarının peşəkar və fərdi inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin BDU ilə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən bəhs edərək, bu tərəfdaşlığın əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sosial və psixoloji rifahının dəstəklənməsi istiqamətində yeni imkanlar yaratdığını qeyd edib.

            Təlimin əsas məqsədi Universitet əməkdaşlarının yumşaq bacarıqlarının inkişaf etdirilməsi, stresli vəziyyətlərdə effektiv davranış strategiyalarının formalaşdırılması, emosional dayanıqlılığın gücləndirilməsi və stresin idarə olunması üzrə praktiki bilik və bacarıqlarının artırılması olub.

            İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində stresin yaranma səbəbləri, onun insanın psixoloji və fiziki sağlamlığına təsiri, streslə mübarizə strategiyaları, emosiyaların tənzimlənməsi və gündəlik iş mühitində stresin azaldılması üsulları ətrafında ətraflı müzakirələr aparılıb. İştirakçılara stresli situasiyalarda düzgün qərarvermə, emosional tarazlığın qorunması və iş prosesində yaranan çətinliklərin effektiv idarə edilməsi ilə bağlı praktiki tövsiyələr təqdim olunub. Eyni zamanda, əməkdaşlar mövzu ilə bağlı fikir və təcrübələrini bölüşərək interaktiv müzakirələrdə fəal iştirak ediblər.

            Qeyd edək ki, BDU-da əməkdaşların peşəkar və fərdi inkişafının dəstəklənməsi, onların rifahının yüksəldilməsi və sağlam psixoloji iş mühitinin təşviqi Universitetin insan resurslarının inkişafı və keyfiyyət təminatı istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm tərkib hissəsidir. Bu baxımdan Milli Observatoriya ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlər BDU-da davamlı öyrənmə mədəniyyətinin gücləndirilməsinə və əməkdaşların iş mühitində rifahının təmin edilməsinə töhfə verir.

            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
            BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
            first degree

            Son XƏBƏRLƏR

            13.11.2026 | 14:37

            BDU tələbələri “mygov” rəqəmsal hökumət platformasının fəaliyyəti barədə məlumatlandırılıblar

            13.11.2026 | 11:49

            BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

            13.11.2026 | 10:24

            BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

            13.11.2026 | 10:22

            BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

            12.11.2026 | 16:55

            BDU-nun professoru Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans iki bölmə iclası ilə davam edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025