BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

            first degree 25 May 2026 19:07

            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib.

            Tədbirin açılışında çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov belə nüfuzlu beynəlxalq müsabiqənin Bakı Dövlət Universitetində keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycan ilə Çin arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında inkişaf edir,  bu əməkdaşlıq xüsusilə təhsil, elm və mədəniyyət sahələrində daha da güclənir. Prorektor bildirib ki, BDU Azərbaycanda Çin dili və mədəniyyətinin öyrənilməsi sahəsində öncül ali təhsil müəssisələrindən biridir.

            Çıxışda həmçinin Anhui Universiteti ilə həyata keçirilən ikili diplom proqramlarının tələbələr üçün yeni beynəlxalq imkanlar yaratdığı, yüksək nəticə göstərən gənclərin Çində təhsil alma və təcrübə qazanma şansı əldə etdiyi vurğulanıb.

            Çinin Azərbaycandakı səfiri Lu Mey isə Çin-Azərbaycan dostluğunun dərin tarixi köklərə malik olduğunu bildirib. O qeyd edib ki, Çin dili artıq yalnız ünsiyyət vasitəsi deyil, sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı gücləndirən mühüm bir körpüyə çevrilib. O bildirib ki, “Çin dili körpüsü” müsabiqəsi Azərbaycanda on ildən çoxdur keçirilir və bu müddət ərzində mühüm bir humanitar brend kimi formalaşıb. Hazırda Azərbaycanda Çin dili öyrənənlərin sayının 8000 nəfəri keçdiyi qeyd olunub.

            Səfir həmçinin Konfutsi institutlarının Çin dilinin tədrisi və mədəniyyətin təşviqi sahəsində fəal rol oynadığını, azərbaycanlı gənclərin Çində təhsil və mübadilə imkanlarının genişləndirilməsinin prioritet olduğunu bildirib. O, iki ölkə arasında humanitar əməkdaşlığın davamlı şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.

            Müsabiqədə ölkənin müxtəlif təhsil ocaqlarından Çin dilini öyrənən tələbələr iştirak ediblər. Onlardan 10 nəfəri müsabiqənin finalına vəsiqə qazanıb. İştirakçılar dil bilikləri ilə yanaşı, rəqs, rəsm, musiqi və aktyorluq kimi istedadlarını da sərgiləyiblər.

            Müsabiqədə BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri  Darya Yefimova I yer, Yusif Maçanov II yer, Ayan Əskərli, Ayla İsmayılova və Azərbaycan Dillər Universitetinin tələbəsi Fatimə Əliyeva isə III yerə layıq görülüb.

            Müsabiqədə I yeri qazanan iştirakçı Azərbaycanı müsabiqənin Çində keçiriləcək final mərhələsində təmsil edəcək.

            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
            first degree

            Son XƏBƏRLƏR

            25.05.2026 | 18:04

            BDU-da ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə IV Respublika Olimpiadası

            25.05.2026 | 12:50

            BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş

            25.05.2026 | 11:51

            BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

            25.05.2026 | 10:17

            BDU alimlərinin layihələri Azərbaycan–Türkiyə birgə qrant müsabiqəsində dəstəklənib

            22.05.2026 | 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025