BDU-da ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə IV Respublika Olimpiadası

Mayın 25-də Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə IV Respublika Olimpiadası keçirilib.
Olimpiadanın məqsədi Azərbaycan Respublikasında bu elmlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkar etmək və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.
Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən Olimpiadada BDU ilə yanaşı, ADA Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə Fizika fənni üzrə 50, Riyaziyyat fənni üzrə 49, Kimya fənni üzrə 52, Bioloğiya fənni üzrə 56 və Coğrafiya fənni üzrə 55 tələbə iştirak edib.
İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub. Sualları cavablandırmaq üçün iştirakçılara 3 saat vaxt verilib. Proses başa çatdıqdan sonra cavablar müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət Münsiflər Heyətinə təqdim edilib.