BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da görkəmli ədəbiyyatşünas alim Pənah Xəlilovun 100 illik yubileyinə elmi sessiya həsr olunub

            BDU-da görkəmli ədəbiyyatşünas alim Pənah Xəlilovun 100 illik yubileyinə elmi sessiya həsr olunub

            first degree 26 May 2025 12:47

            BDU-da görkəmli ədəbiyyatşünas alim Pənah Xəlilovun 100 illik yubileyinə elmi sessiya həsr olunub

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi Pənah Xəlilovun 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

            Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən və yaradıcılıq istiqamətlərindən söz açıb, əsərlərinin ədəbiyyatşünaslıq elminə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

            Türkologiya kafedrasının dosenti Kəmalə Nəcəfova, professor Firuzə Ağayeva, AMEA-nın Nizamı adına Ədəbiyyat İnstitutunun professoru Yaşar Qasımbəyli Pənah Xəlilovun elmi irsi haqqında məruzə ediblər. Məruzələrdə bildirilib ki, həyatını BDU-ya bağlamış tanınmış pedaqoq ömrünü gənc nəslin təlim-tərbiyəsinə sərf edib, fəal elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Universitet rəhbərliyi tərəfindən mükafatlandırılıb. Elm və təhsil sahəsindəki xidmətləri nəzərə alınaraq, 2001-ci ildə Pənah Xəlilova “Əməkdar müəllim” fəxri adı verilib. Çıxışlarda qeyd olunub ki, bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olmuş Pənah Xəlilovun iki cildlik “SSRİ xalqları ədəbiyyatı”, professor Mir Cəlal Paşayevlə birlikdə yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, 1994-cü ildə nəşr olunmuş “Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı” kitabları bu gün də alim və tələbələrin müraciət etdiyi dəyərli elmi mənbələrdir. 20-dən çox kitabın, 300-dən artıq məqalənin müəllifi olan Pənah Xəlilov həm də bədii tərcümə sahəsində ciddi xidmətləri olan yaradıcı şəxsiyyətlərdəndir. Migel de Servantesin “Don Kixot” və Herodotun “Tarix”  əsərlərinin tərcüməsi görkəmli alimin yaradıcılığında xüsusi yer tutur.

            Daha sonra çıxış edən Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, dosentlər Nüşabə Sadıxlı, Kəmalə İslamzadə və Sultan Seyidova Pənah Xəlilovun elm və təhsil sahəsindəki mühüm xidmətlərindən, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025