BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub

            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub

            BSU 30 May 2025 17:46

            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) Fiziki elektronika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

            Əvvəlcə professor Əhməd Abdinovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

            Mərasimdə çıxış edən BDU rektoru Elçin Babayev Əhməd Abdinovun görkəmli alim, peşəkar pedaqoq və elm təşkilatçısı olduğunu bildirib. O qeyd edib ki, professor Əhməd Abdinov 80 illik həyatının 63 ilini BDU-ya bağlayıb. BDU-nun Fizika fakültəsinin məzunu olan görkəmli alim 1972-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1971-ci ildən BDU-nun Fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib, 1992-ci ildən kafedra müdiri vəzifəsində çalışır. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilən Əhməd Abdinov 2000-ci ilə kimi bu məsul vəzifədə çalışıb, bir müddət isə təhsil nazirinin əvəzi olub.

            Rektor diqqətə çatdırıb ki, professor Əhməd Abdinov hələ sovet dövründə “Lenin təqaüdü”, “Respublika Lenin Komsomolu Mükafatı” kimi mükafatlara layiq görülüb, fizikanın müxtəlif aktual sahələrinə dair mühüm elmi yeniliklərə imza atıb. Görkəmli alim 650-dək elmi əsərin, ali məktəblər üçün yazılmış beş dərslik və 21 fənn proqramının müəllifidir. Onun elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib.

            Rektor uzunmüddətli səmərəli elmi və pedaqoji fəaliyyətinə görə Əhməd Abdinova BDU-nun Fəxri Fərmanını təqdim edib.

            BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Professor Əhməd Abdinovun həyatı və elmi pedaqoji” fəaliyyəti mövzusunda məruzə edib.

            Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Əhməd Abdinovun Azərbaycan elminə və təhsilinə verdiyi mühüm töhfələri qeyd edib, onun ölkədə ali təhsilin formalaşmasındakı xidmətlərini sadalayıb. O qeyd edib ki, professor Əhməd Abdinov görkəmli alim, pedaqoq olmaqla yanaşı, güclü təşkilatçı, gözəl ailə başçısı və prinsipial bir insandır: “BDU-nun gücü də məhz Əhməd Abdinov kimi nəhəng alimlərdədir. Onun həyatı və fəaliyyəti minlərlə tələbəsi üçün nümunədir”.

            Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun adından təbrik mətnləri, Türkiyənin Bilkent Universitetinin professoru Əmrulla Məmmədovun videotəbriki səsləndirilib.

            AMEA-nın akademik-katibi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri Cavad Abdinov, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru Rəvan Mehdiyeva, Fizika fakültəsinin kafedra müdiri Səcidə Abdulvahabova, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov, Fizika fakültəsinin professoru Tərlan Hüseynov, Ordubad Tusi Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı, görkəmli alimin oğlu, tibb elmləri doktoru Elçin Abdinov, nəvəsi Leyla Abdinova çıxışlarında Əhməd Abdinovun məhsuldar elmi yaradıcılığından bəhs edib, onun tədqiqatlarının əhəmiyyətini vurğulayıblar.

            Sonda söz yubilyara verilib. Əhməd Abdinov çıxışında yubiley tədbirinin təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib, hər bir yubileyin insanın özü, ailəsi, işlədiyi kollektivi, Vətəni qarşısında bir hesabat olduğunu bildirib, gəncləri əməksevər olmağa səsləyib.

            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BDU-da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025