BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

            BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

            BSU 8 January 2025 14:25

            BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

            BAKI DÖVLƏT UNİVERSİTETİ

            2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş

            “İlin gənc alimi”

            nominasiyası üzrə müsabiqə elan edir

             

            2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş və ənənəvi olaraq keçirilən “İlin gənc alimi” müsabiqəsinin məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

             

            Müsabiqə qaliblərinin mükafatlandırılması:

            Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

            • Təbiət-dəqiq və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);
            • Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

             

            Müsabiqəyə təqdim olunan iddia sənədləri müəyyən edilmiş meyarlar və hər bənd üzrə xüsusi çəki nəzərə alınmaqla qiymətləndiriləcəkdir.

             

            Müsabiqədə iştirak etmək üçün 2024-cü ildə:

            • təbiət-dəqiq və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə Web of Science və / və ya Scopus bazalarına daxil olan jurnallarda dərc olunmalıdır;
            • humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır.

             

            Müsabiqəyə təqdim olunan iddia sənədləri:

            1. 2024-cü ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);
            2. 2024-cü ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar və icmallar (əsli və/və ya surəti, PDF formatda);
            3. 2024-cü ildə alınmış ixtiralar, patentlər (surəti);
            4. Elmi işlərə 2024-cü ildə olunan istinadların sayı (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə));
            5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla);
            6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);
            7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2024-cü ildə, konkret göstərilməklə);
            8. Tədris fəaliyyəti (2024-cü ildə, konkret göstərilməklə);
            9. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, online olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə);
            10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Google Scholar, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə).

             

            Müsabiqənin keçirilmə müddəti:

            1. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2025-ci il 08 yanvar tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;
            2. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2025-ci il 27 yanvar saat 17:00-dır.

             

            Müsabiqəyə sənədlərin təqdim olunması:

            1. İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.
            2. Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
            3. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.
            4. Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.
            5. Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

             

            Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

             

            Əlavə məlumat üçün:

            Tel: (+994 12) 510 59 77

                   (+994 12) 539 64 58

            E-mail: [email protected]

            BSU

            Son XƏBƏRLƏR

            02.10.2025 | 13:24

            Artificial Intelligence Training at BSU – Announcement

            01.10.2025 | 17:23

            BDU tələbələri üçün süni intellekt təlimi – ELAN

            30.09.2025 | 11:58

            BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

            29.09.2025 | 19:04

            “BDU könüllüləri” təşkilatına qəbul elan edilir

            19.09.2025 | 12:25

            ELAN

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025