BDU-nun alimi “Web of Science” bazasının “Dunya alimi” sertifikatına layiq görülüb
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin “Mikrobiologiya və virusologiya” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov elmi nailiyyətlərinə görə beynəlxalq elmmetrik ( “Web of Science”) bazanın “Dunya alimi” (“World scientist”) sertifikatına layiq görülüb.
Sertifikatda göstərilir ki, professor Xudaverdi Qənbərov mikrobiologiya sahəsi üzrə əldə etdiyi elmi nailiyyətlərə görə BDU-da və Azərbaycanda 1-ci, Asiyada 160794 alim içərisində 614-cü və dünyada 725853 alim içərisində 1701-ci yerdədir.