Trainings

  • “Azərbaycan məfkurəsi” silsilə proqramı

Təlim proqramı iştirakçıları Azərbaycanın tarixi, mədəni və ideoloji keçmişi ilə tanış edir. Məqsəd: irsimizin öyrənilməsinə və Azərbaycançılıq ideyasının gənclər arasında təbliğinə dəstək olmaq.

  • “İqlim həftəsi” təlim proqramı

Ətraf mühit və iqlim problemləri sahəsində maarifləndirməyə yönəlmiş təlim proqramı “Gənc istedadlar” liseyinin tələbələrinə aparılır.

Məqsəd: gənclərdə ekoloji şüurun artırılması və iqlim məsələlərinə diqqətin cəlb olunması.

  • “Dayanıqlı İnkişaf Məqsədləri” təlimi

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələrinə ətraf mühit və dayanıqlı inkişaf mövzularında interaktiv təlim.

Məqsəd: tələbələrdə dayanıqlı inkişaf prinsiplərinin mənimsənilməsi və praktiki tətbiqi bacarıqlarının formalaşdırılması.

  • Hüquq sahəsi üzrə silsilə təlim proqramı

Müxtəlif hüquq sahələrində biliklərin artırılması məqsədilə keçirilən təlimlər.

Məqsəd: gənclərin hüquqi biliklərinin inkişaf etdirilməsi və hüquq sahəsində praktiki bacarıqlarının formalaşdırılması.

  • “Vəsfi-cahan” silsilə təlimləri

Ədəbiyyatda iz qoymuş şəxsiyyətlərin həyat və yaradıcılıqlarının öyrənilməsi.

Məqsəd: tələbələrdə ədəbiyyata marağın artırılması və milli mədəni irsin dərk edilməsinə dəstək vermək.

  • “Tələbəlikdən HR-a addımla” silsilə təlimləri

İnsan resurslarının idarə olunması, müsahibə və kütlə ilə işləmə bacarıqlarına yönəlmiş təlim.

Məqsəd: tələbələrin HR sahəsində bilik və bacarıqlarını artırmaq, peşə həyatına hazırlıq.

  • “Struktur” təlim proqramı

Təşkilat strukturunun inkişafı, komanda quruluşunun düzgün formalaşdırılması və müvafiq sahələr üzrə biliklərin aşılanması.

Məqsəd: effektiv komanda işi və təşkilati bacarıqların inkişaf etdirilməsi.

  • “Jest dili” təlimi

Bədən dili və jestlərin gücünün öyrədilməsi və inkluzivlik prinsiplərinin təbliği.

Məqsəd: tələbələrin kommunikasiya bacarıqlarının və inkluziv yanaşmasının gücləndirilməsi.

  • “İnkişafdaSən” modul təlimləri

Yumşaq bacarıqların (soft skills) inkişafı və könüllülər arasında düzgün istifadəsi mexanizminin izahı.

Məqsəd: tələbələrin şəxsi inkişaf və liderlik bacarıqlarının artırılması.

  • “Süni intellekt: nəzəriyyədən təcrübəyə

Süni intellektin mexanizmləri, istifadəsi və diqqət edilməli aspektləri üzrə təlim.

Məqsəd: tələbələrdə süni intellektin praktik və nəzəri biliklərinin formalaşdırılması.

  • “Filologiya və süni zəka: sözün yeni erası”

Süni intellektin dil və ədəbiyyata təsiri, istifadəsi və inkişaf perspektivləri.

Məqsəd: tələbələrin texnologiya və humanitar sahələrdə biliklərini birləşdirmək.

  • “Düşün, yoxla, paylaş” təlimi

İnformasiya dövründə medianın rolu, düzgün məlumatın çatdırılması və yanlış informasiyanın təsirləri.

Məqsəd: tələbələrdə informasiya analiz və kritik düşüncə bacarıqlarının inkişafı.

  • CV və motivasiya məktublarının hazırlanması və karyera planlaşdırılması

Tələbələrin şəxsi inkişafı və karyera quruculuğu sahəsində təlim.

Məqsəd: gənclərin əmək bazarına hazırlığı və peşəkar bacarıqlarının artırılması.