BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • yyy

            yyy

            BSU 19 December 2024 15:03

            yyy

            Bakı Dövlət Universitetinin (BDU) 105, Biologiya fakültəsinin 90 illik yubileylərinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda XII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

            Mərasimdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Giriş sözü ilə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, yaşıl dünya, yaşıl inkişaf və yaşıl enerji məsələlərinin dövrümüzün ən aktual problemləri olduğunu bildirib.

            Hüseyn Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə ekoloji siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev Azərbaycanın bioloji müxtəlifliyinin qorunmasını, ekoloji problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu il ölkəmizdə dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla həyata keçirilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri  kimi müəyyən edilmiş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır.

            Hüseyn Məmmədov vurğulayıb ki, son illərdə BDU-da da biomüxtəlifliyin qorunması, biotibb, yaşıl metodlarla materialların sintezi, biomühəndislik, virusologiya istiqamətlərində aparılan elmi-tədqiqat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. BDU təbiət elmləri sahəsində kifayət qədər yaxşı kadr potensialına və infrastruktura malikdir. 2024-cü ildə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Türkiyənin Antalya şəhərində keçirilmiş “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında 3-cü yerə layiq görülmüş BDU-nun tələbə və gənc tədqiqatçılardan ibarət “ESST-6” komandasının “E-tarım sulama” layihəsi məhz ekoloji problemlərin intellektual həllinə yönəlib. BDU-da "Eko Məkan" adlı yeni ekoloji maarifləndirmə və tədqiqat mərkəzi açılıb.

            Sonra Biologiya fakültəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

            Biologiya fakültəsinin dekanı, profesor Afət Məmmədova fakültənin tədris, elmi fəaliyyəti, uğurları ilə bağlı məlumat verib. O bildirib ki, keçirilən konfrans Biologiya fakültəsinin uğurlarını nümayiş etdirməklə yanaşı, bu sahədə müxtəlif ölkələrdən olan alimlərin fikir mübadiləsi aparması, yeni ideya və tədqiqatların müzakirəsi baxımından önəmlidir. Konfransa Türkiyə, İtaliya, Rusiya, Pakistan, Qırğızıstan, Özbəkistan, Çex Respublikası, Gürcüstan, İspaniyadan biologiya üzrə mütəxəsssislər, araşdırmaçılar qatılıb. Tədbir çərçivəsində genetika, biotexnologiya, ekologiya, biokimya, molekulyar biologiya, biofizika, tibbi biologiya, bitki və heyvan fiziologiyası, ekotoksikologiya və nanobiotexnologiyalar kimi sahələr üzrə 173 elmi-tədqiqat işinin müzakirəsi planlaşdırılır. Beynəlxalq konfransın əsas məqsədi biologiya sahəsində müasir nəzəri və praktiki nailiyyətləri müzakirə etmək üçün platforma yaratmaqdır. Bununla yanaşı, sağlam gələcək naminə bioloji elmlərin inkişafına dair yeni ideyaların formalaşdırılması və multidissiplinar əməkdaşlığın təşviq olunması konfransın əsas hədəflərindən biridir.

            AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, M. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Mahir Məmmədov, tanınmış alim, şair, professor Mahirə Nağıqızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Türkiyənin Yasar Universitetinin dekanı İsmayıl Türkan, Pakistanın Quaid-i-Azam Universitetinin professoru Muhammad Zafar, Özbəkistanın Andican Dövlət Universitetinin professoru Svetlana Məmbətullayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev çıxışlarında biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

            Konfrans öz işini bölmə iclasları ilə 2 gün davam etdirəcək.

            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            yyy
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025