BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi

            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi

            BSU 14 February 2025 16:19

            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi

            Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair anlaşma sazişi imzalanıb.

            Sazişə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.

            Tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” ölkə başçısının Sərəncamına əsasən, SABAH proqramının əhatə dairəsinin mərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflı məlumat verib. YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiya şəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın biznes mühiti ilə elm və ali təhsil arasındakı əlaqələrə yeni yanaşma gətirəcəyini qeyd edib.

            Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramları çərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqinin zəruriliyini qeyd ediblər. Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələri arasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihə çərçivəsində müasir standartlara cavab verən infrastruktur, yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi və yüksək ixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyəti daha da yüksəldiləcək.

            Qeyd edək ki, bakalavr və magistr tələbələrini əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərinin tətbiqini hədəfləyir.

            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            Yüksək Texnologiyalar Parkı ilə universitetlər arasında əməkdaşlıq sazişi
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025