BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib

            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib

            economy 18 February 2026 21:38

            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib

            Bakı Dövlət Universitetində (BDU) Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev tələbələrə mühazirə deyib.

            BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva hazırda Universitetdə ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, su ehtiyatlarının idarə olunması və davamlı inkişaf istiqamətində həyata keçirilən tədris proqramları və elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. Bildirib ki, BDU-da ekoloji problemlərin kompleks şəkildə araşdırılması, regionun çağırışlarına uyğun mütəxəssis hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

            Daha sonra Qırğız Milli Universitetinin rektoru, coğrafiya elmləri doktoru, professor Dogdurbek Çontoyev “Mərkəzi Asiyada dövlətlərarası su bölgüsü problemləri və onların həlli yolları” mövzusunda mühazirə deyib. Rektor öncə rəhbərlik etdiyi universitet haqqında məlumat verərək, ali təhsil müəssisəsinin elmi potensialı, fakültələri və beynəlxalq əlaqələri barədə danışıb. O, Qırğız Milli Universiteti ilə BDU arasında oxşar fakültə və ixtisasların mövcud olduğunu vurğulayaraq, ekologiya, coğrafiya, hidrometeorologiya və ətraf mühitin idarə olunması sahələrində mümkün əməkdaşlıq imkanlarından söz açıb.

            Məruzədə Mərkəzi Asiyada dövlətlərarası su bölgüsü məsələlərinin tarixi, hüquqi və geosiyasi aspektləri təhlil edilib, region ölkələri arasında transsərhəd su ehtiyatlarının bölüşdürülməsi zamanı yaranan problemlər və onların sosial-iqtisadi təsirləri izah olunub. Qeyd edilib ki, iqlim dəyişmələri, buzlaqların əriməsi, yağıntı rejiminin dəyişməsi və suya artan tələbat mövcud hidrometeoroloji problemləri daha da kəskinləşdirir. Bu baxımdan, su ehtiyatlarının səmərəli idarəolunması, birgə monitorinq mexanizmlərinin yaradılması və məlumat mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Professor həmçinin Mərkəzi Asiya və Xəzər regionunda ətraf mühitin mövcud vəziyyəti, hidrometeoroloji müşahidə sistemlərinin təkmilləşdirilməsi, elmi araşdırmaların dərinləşdirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsi yolları barədə fikirlərini bölüşüb.

            Mühazirənin sonunda tələbə və müəllimlərin mövzu ətrafında sualları cavablandırılıb, müzakirələr aparılıb.

            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib
            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib
            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib
            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib
            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib
            Qırğız Milli Universitetinin rektoru BDU-da mühazirə deyib
            economy Internationalization

            Son XƏBƏRLƏR

            18.02.2026 | 17:20

            Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            18.02.2026 | 17:00

            BDU Elmi Kitabxanasının elektron bölməsinin bp-nin dəstəyi ilə yenidənqurulmadan sonra açılış mərasimi

            18.02.2026 | 16:35

            BDU-da ikinci tərtib hiperbolik tənliklərə dair araşdırmalar davam etdirilir

            18.02.2026 | 15:48

            BDU-da elmi seminar: “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu”

            18.02.2026 | 14:47

            bp-nin regional prezidenti BDU Nəşr Evinin fəaliyyəti ilə tanış olub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025