Maliyyə Nazirliyinin sektor müdiri BDU tələbələrinə ustad dərsi keçib
economy
11 March 2026 10:52

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş ustad dərsi təşkil edilib.
Ustad dərsində Maliyyə Nazirliyinin sektor müdiri Tofiq Məmtiyev “Sığortanın iqtisadiyyatın inkişafında rolu və onun dövlət tərəfindən tənzimlənməsi” mövzusunda çıxış edib.
Ustad dərsində sığortanın iqtisadiyyatın mühüm sektorlarından biri olduğu, sosial sferanın ayrılmaz elementi kimi ölkənin sosial-iqtisadi həyatında böyük rol oynadığı vurğulanıb. Tofiq Məmtiyev bildirib ki, iqtisadiyyatı və insanların həyatını sığortasız təsəvvür etmək mümkün deyil. Sığorta institutu ictimai-iqtisadi münasibətlər sisteminin mühüm elementi olmaqla dövlətin, vətəndaşların və müəssisələrin əmlak mənafelərinin effektiv müdafiəsini təmin edən mexanizmlərdən biridir.
O, tələbələrə sığortanın cəmiyyətin sosial-iqtisadi həyatında yerinə yetirdiyi əsas funksiyalar – risk, yığım (əmanət), nəzarət, xəbərdarlıq funksiyaları haqqında da ətraflı məlumat verib. Bu funksiyaların sosial və iqtisadi inkişafın sabitləşdirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Eyni zamanda, sığorta fəaliyyətinə dövlət nəzarətinin vacibliyi qeyd olunub. Bildirilib ki, sığortanın iqtisadi və sosial həyatda mühüm əhəmiyyətə malik olması bu sahənin dövlət tərəfindən tənzimlənməsini zəruri edir. Bu məqsədlə əksər ölkələrdə sığorta fəaliyyətinə nəzarət edən qanunvericilik bazası və dövlət sığorta nəzarəti sistemi formalaşdırılıb.
Ustad dərsinin sonunda Tofiq Məmtiyev seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Son XƏBƏRLƏR
27.07.2026 | 14:14
BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27.07.2026 | 10:17
BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
24.07.2026 | 12:52
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”
24.07.2026 | 12:26
Qualifying Examination Held for the 19th International Olympiad on Astronomy and Astrophysics
23.07.2026 | 12:14