BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • “İlin gənc alimi” müsabiqəsinin qalibi: Elm yolu çətin, lakin olduqca dəyərlidir - MÜSAHİBƏ

            “İlin gənc alimi” müsabiqəsinin qalibi: Elm yolu çətin, lakin olduqca dəyərlidir - MÜSAHİBƏ

            BSU 29 January 2026 16:47

            “İlin gənc alimi” müsabiqəsinin qalibi: Elm yolu çətin, lakin olduqca dəyərlidir - MÜSAHİBƏ

            Bakı Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağır Bağırov təbiət, dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” adına layiq görülüb, diplom və pul mükafatı ilə təltif olunub.

            Məhəmməd Bağır Bağırov AZƏRTAC-a müsahibəsində bu mükafatın onun elmi fəaliyyətinə verdiyi töhfələrdən, gələcək tədqiqat planlarından və gənclər üçün yaradılan imkanlardan danışıb.

            -Bu mükafatın elmi fəaliyyətinizə təsirini necə qiymətləndirirsiniz?

            -Bu mükafat mənim üçün ilk növbədə böyük bir məsuliyyətdir. Əlbəttə, görülən işlərin qiymətləndirilməsi insanı sevindirir və motivasiya edir, eyni zamanda, gələcək fəaliyyətə daha ciddi yanaşmağı tələb edir. “İlin gənc alimi” adı mənim üçün yeni mərhələnin başlanğıcıdır və bu etimadı doğrultmaq üçün elmi fəaliyyətimi daha da intensivləşdirməyi qarşıma məqsəd qoymuşam.

            – Hansı elmi nailiyyətləriniz bu uğurun qazanılmasında həlledici rol oynadı?

            -Bu suala cavab vermək üçün konkret bir nailiyyəti demək çətindir. Çünki müsabiqəyə təqdim olunan fəaliyyətlərə ayrı-ayrılıqda deyil, bir bütöv elmi yol kimi baxmaq daha doğrudur. Dərc olunan elmi məqalələr, beynəlxalq konfrans materialları, qrant layihələri və aparılan tədqiqatların hər biri bu nəticənin əldə olunmasında xüsusi paya sahibdir. Hesab edirəm ki, bu uğur ardıcıl və sistemli elmi fəaliyyətin məntiqi nəticəsidir.

            – Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında apardığınız tədqiqatların əsas istiqamətləri hansılardır?

            -Əsas tədqiqat istiqamətim nanomaterialların və nanokompozitlərin fiziki xassələrinə qamma şüalanmanın təsirinin öyrənilməsidir. Bununla yanaşı, elmi fəaliyyətim yalnız bu mövzu ilə məhdudlaşmır. Xüsusilə karbon əsaslı materialların enerji saxlama qurğularında tətbiq perspektivləri üzrə də tədqiqatlar aparıram ki, bu istiqamət hazırda materialşünaslıq sahəsində olduqca aktualdır. Laboratoriyada biz təkcə nəticə əldə edən tədqiqatçı deyil, eyni zamanda, fundamental elmi biliklərə malik, yaxşı mütəxəssis kimi formalaşmağa çalışırıq.

            – Gələcək elmi planlarınız nədən ibarətdir? Yeni layihələr üzərində işləyirsinizmi?

            -Yaxın gələcək üçün əsas planım fizika üzrə fəlsəfə doktorluğu dissertasiyamı uğurla müdafiə etməkdir. Bununla yanaşı, həm fundamental, həm də sənayeyönümlü tətbiqlərə əsaslanan elmi layihələr üzərində işləməyi planlaşdırıram. Xarici laboratoriyalarla birgə tədqiqatların genişləndirilməsi, beynəlxalq layihələrin hazırlanması və tətbiqiyönümlü elmi nəticələrin əldə olunması əsas hədəflərim sırasındadır. 

            – Beynəlxalq elmi əməkdaşlıq baxımından hansı hədəfləriniz var?

            -Hazırda laboratoriyamızın əməkdaşları Türkiyə, Özbəkistan, İtaliya, Sloveniya, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitetləri və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində elmi təcrübə mübadiləsi aparılır və birgə beynəlxalq layihələr hazırlanır. Qeyd edim ki, elmi fəaliyyətim dövründə bir sıra xarici laboratoriyalarda olmuş, müxtəlif ölkələrdən olan professor və tədqiqatçılarla elmi müzakirələr aparmışam. Bu görüşlər mənim elmi problemlərə baxışımı, yanaşma tərzimi müsbət mənada dəyişib. Gələcəkdə bu beynəlxalq əlaqələrin daha da genişlənməsi əsas hədəflərimdəndir.

            – Azərbaycan gənclərinin elmə marağını artırmaq üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

            -Düşünürəm ki, gənclərə elmin qısa yol olmadığını düzgün izah etmək olduqca vacibdir. Elm səbir, davamlılıq və zəhmət tələb edir. Erkən mərhələdən laboratoriya mühiti ilə tanışlıq, düzgün mentorluq və real elmi nümunələrin göstərilməsi gənclərin elmə marağını artıran əsas amillərdəndir. Bununla yanaşı, elmi istiqamətdə inkişaf edən gənclər üçün məişət məsələlərində, xüsusilə yaşayış yerləri ilə bağlı müəyyən imtiyazların yaradılması onların elmi fəaliyyətə daha rahat fokuslanmasına kömək edə bilər.

            –Gənc tədqiqatçılara və elm yolunu seçmək istəyən tələbələrə nə demək istərdiniz?

            -Elm yolunu seçən hər kəs bilməlidir ki, bu yol çətin, lakin olduqca dəyərlidir. Əsas məsələ istiqaməti düzgün seçmək, səbirli olmaq və daim öz üzərində işləməkdir. Bununla yanaşı, bir elm işçisi üçün ən vacib xüsusiyyətlərdən biri xəyal etməyi bacarmaqdır. Gənclərə tövsiyəm odur ki, hədəfləri böyük olsun, qarşılarında geniş inkişaf yolları görsünlər və bu yolda irəliləyə biləcəklərinə özlərini inandırsınlar.

            AZERTAC

            “İlin gənc alimi” müsabiqəsinin qalibi: Elm yolu çətin, lakin olduqca dəyərlidir - MÜSAHİBƏ
            BSU

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025