BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            first degree 10 April 2026 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində görkəmli alim, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev hüquq elminin inkişafında mühüm rol oynamış Kamil Səlimovu yubileyi münasibətilə təbrik edib. O bildirib ki, Universitet fəaliyyət göstərdiyi illər ərzində daim öz müəllim və professor heyəti ilə fəxr edib. 40 ildən artıq hüquq elminə sədaqətlə xidmət göstərən Kamil Səlimov kriminalistika sahəsində fundamental tədqiqatlar aparıb, Azərbaycanda bu istiqamətin elmi əsaslarının möhkəmlənməsinə mühüm töhfələr verib. Alim yalnız elmi fəaliyyəti ilə deyil, həm də pedaqoji fəaliyyəti ilə yüzlərlə hüquqşünasın yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə formalaşan kriminalistika məktəbi bu gün də ölkənin hüquq-mühafizə və məhkəmə sistemində çalışan mütəxəssislərin hazırlanmasına töhfə verir. Qeyd edib ki, Kamil Səlimovun elmi irsi, hazırladığı dərslik və monoqrafiyalar hüquq elmi üçün qiymətli mənbədir.

            BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Kamil Səlimovun zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun həyatının gənc hüquqşünaslara örnək olduğunu vurğulayıb.

            Əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov “Professor Kamil Səlimovun həyat və yaradıcılığı haqqında”, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti Bəxşeyiş Əsgərov “Azərbaycan Respublikasında kriminalistika elminin inkişafında professor Kamil Səlimovun rolu” mövzularında məruzə ediblər. Qeyd olunub ki, Kamil Səlimovun rəhbərliyi ilə Kriminalistika və məhkəmə ekspertizası kafedrası mühüm inkişaf yolu keçib, tədris prosesinə müasir və innovativ yanaşmalar tətbiq olunub. Onun təşəbbüsü ilə “Rəqəmsal kriminalistika” və “Molekulyar kriminalistika” kimi yeni istiqamətlər üzrə tədris proqramları hazırlanıb. Kamil Səlimovun elmi fəaliyyəti yalnız akademik çərçivə ilə məhdudlaşmır. Onun terrorizmə qarşı mübarizə sahəsində apardığı tədqiqatlar, xüsusilə “Terrorizmin müasir problemləri” adlı monoqrafiyası beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və bu sahədə aparılan araşdırmaların əsas mənbələrindən birinə çevrilib.

            Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov, Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov,  BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli və digərləri professor Kamil Səlimovun hüquq elminin inkişafındakı xidmətlərini, elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, yubilyara uğurlar arzulayıblar.

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
            first degree

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            10.04.2026 | 13:52

            BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025