Girne Amerikan Universitetinin rektoru BDU-da

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne Amerikan Universitetinin rektoru Serdar Yurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub.
Rektor Elçin Babayev Azərbaycan ilə Türkiyə və ŞKTC arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin ölkələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. O, birgə elmi tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bildirib, daha çox tədqiqatyönümlü əməkdaşlığa üstünlük verildiyini bildirib.
Görüşdə təhsil və elm sahəsindəki mövcud təcrübələr, beynəlxalq münasibətlər, iqtisadiyyat və idarəetmə, turizm və jurnalistika istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.