BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Fədakarlıq, zəriflik bayramı

            Fədakarlıq, zəriflik bayramı

            first degree 8 March 2025 10:00

            Fədakarlıq, zəriflik bayramı

            Bu gün 8 mart - Beynəlxalq Qadınlar Günüdür.

            Azərbaycan qadını deyəndə göz önünə fədakarlıq, zəriflik, məğrurluq gəlir. Qadınlarımız tarixin bütün dönəmlərində cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. Belə bir məşhur deyim var: “Hər güclü kişinin arxasında bir güclü qadın dayanır”. Bu deyimi bir qədər dəyişsək, “Hər  güclü cəmiyyətin arxasında güclü qadınlar dayanır”. Öz ayaqları üstündə dayana bilən, bilikli, intellektual qadın güclü övlad, qüdrətli dövlət və uğurlu gələcək deməkdir.  
            Bu bayram 1910-cu ildən bəri dünyada qadınlara sevgi və hörmətin rəmzinə çevrilib. Bütün dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış ölkə kimi Azərbaycanda gender siyasəti, qadınların ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı əsas prioritetlərdən birini təşkil edir.

            1998-ci ildə Azərbaycanda indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

            1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

            Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarına həmişə yüksək qiymət verib, onları cəmiyyətin hərəkətverici qüvvəsi adlandırıb: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar... Mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz”.

            Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunurlar.

            Cəmiyyətin hər zaman nümunələr yaradan şəxsiyyətlərə ehtiyacı var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmiz və ümumilikdə dünya qadınları üçün belə bir nümunədir. O, öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının simvoluna çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib.

            44 günlük Vətən müharibəmiz, suverenliyimizi bərpa etməyimiz, Qələbəni qanı-canı ilə yazan oğullar Azərbaycan qadınlarının necə nəhəng, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını ortaya qoydu. Vətən üçün müdafiəçilər yetişdirmək Azərbaycan qadınlarının ən ali missiyasıdır.

            Azərbaycanın ən böyük ali məktəbi olan BDU-da tələbələrin təxminən 70, işçi heyətin isə 65 %-ini qadınlar təşkil edir.

            Əziz qadınlar! Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə ailə səadəti, qadın xoşbəxtliyi, işlərinizdə uğurlar arzulayırıq!

            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025