BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Əcnəbi tələbə: “BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb”

            Əcnəbi tələbə: “BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb”

            Internationalization 17 January 2025 16:04

            Əcnəbi tələbə: “BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb”

            Müsahibimiz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının qalibi, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I kurs doktorantı Ehab Məhəmməd İsmayıldır.

            Misir Ərəb Respublikasından olan Ehab İsmayıl qrant proqramı çərçivəsində qazandığı təcrübə, Azərbaycan təhsil sistemi, BDU-da tələbə həyatı haqqında fikirlərini paylaşıb. O, həmçinin Azərbaycanın beynəlxalq təhsil sahəsindəki mövqeyi, gələcək hədəfləri  barədə də planlarını bölüşüb.

            - Ehab, akademik və şəxsi inkişaf baxımından BDU-da təhsil almaq sənə hansı üstünlükləri qazandırıb?

            - BDU mənim həm akademik, həm də şəxsi inkişafımda əvəzsiz rol oynayıb. Akademik baxımdan universitetin təcrübəli müəllimlərindən dərs alaraq biliklərimi daha da zənginləşdirdim. Jurnalistika fakültəsindəki təhsil mənə yalnız nəzəri bilik deyil, həm də praktiki təcrübə qazandırıb. Universitetdə keçirilən seminarlar, təcrübə proqramları və müxtəlif layihələr real iş mühitində fəaliyyətimi nümayiş etdirmə imkanı yaradıb. BDU-nun azərbaycanlı və xarici tələbələri ilə daim ünsiyyətdəyəm, bu, mənim formalaşmağıma da yaxşı təsir edir. Şəxsi inkişaf baxımından BDU mənə liderlik bacarıqları, özgüvən, digər insanlarla daha yaxşı ünsiyyət qurma qabiliyyəti aşılayıb.

            - Tələbə həyatın necə keçir? Gündəlik fəaliyyətin və maraqların haqqında danışa bilərsənmi?

            - Tələbə həyatım maraqlı və rəngarəngdir. BDU-nun “Tələbə Evi”ndə yaşayıram. Orda tələbələr üçün lazım olan bütün şərait yaradılıb. Həm dərslərimi, həm də sosial həyatımı bir-birinə paralel təşkil etməyə çalışıram. Tələbəlik yeni dostlar tapmaq, müxtəlif ideyalarla tanış olmaq, təcrübə qazanmaq üçün gözəl bir fürsətdir. Təbii ki, bəzən çətinliklər də olur, amma bu, tələbə həyatının bir parçasıdır. Əsas odur ki, bu çətinliklərdən dərs çıxarmağı bacarasan. Asudə vaxtlarımda Azərbaycanın bölgələrini gəzməyə çalışıram. Şəki, Quba, Qəbələ, Şamaxı, Gəncə, İsmayıllı kimi şəhərlərə səfər etmişəm. Azərbaycan xalqının qonaqpərvərliyi, gülərüzlülüyü çox diqqətimi çəkdi. Mətbəxiniz də çox dadlıdır. Xüsusilə xaş, xəngəl, dolma sevdiyim milli mətbəx nümünələridir.  

            - Ehab, ölkəmizin təhsil sistemi haqqında düşüncələrini bizimlə bölüşərdin.

            - Azərbaycan təhsil sistemi son illərdə çox müsbət dəyişikliklərə uğrayıb. Bu inkişafın bir hissəsi olmaqdan məmnunam. BDU-da müasir tədris metodlarının tətbiqi, beynəlxalq əlaqələrin gücləndirilməsi və yeni təhsil proqramlarının hazırlanması çox sevindiricidir. Bu, təhsil sisteminin daha praktik yönümlü olması ilə əlaqədardır. Artıq universitetlərin çoxu yalnız nəzəri biliklərlə məhdudlaşdırmır, tələbələrə real həyat bacarıqları qazandırmaq üçün müxtəlif təcrübə proqramları və layihələr təqdim edirlər. Xüsusilə tələbələrin beynəlxalq səviyyədə təhsil alması üçün yaradılan imkanlar çox dəyərlidir. Mən magistr təhsilimi də məhz BDU-nun Jurnalistika fakültəsində almışam. Müəllimlərim səmimi və diqqətlidirlər, tələbələrə yalnız bilik vermək deyil, onları şəxsi inkişafa yönəltmək üçün əllərindən gələni edirlər. Mənim üçün müəllimlərlə açıq dialoq qurmaq çox vacibdir. Bu, tələbələrin daha uğurlu və motivasiyalı olmasına kömək edir.

            - Azərbaycan mədəniyyəti və xalqı haqqında nə düşünürsən? Ölkəmizin mədəniyyəti, adət-ənənələri və insanları ilə bağlı fikirlərin necədi?

            - Azərbaycan xalqı qonaqpərvərdir. Mən bir çox ölkələrdə olmuşam, amma Azərbaycan xalqının qonaqpərvərliyi və insanlara olan yaxınlığı mənə çox təsir edib. Düşünürəm ki, Misir və Azərbaycan xalqı arasında böyük bir fərq yoxdur. Hər iki xalq mehriban və səmimidi. Hər iki mədəniyyətin zəngin tarixi və ənənələri var, amma insan münasibətlərindəki oxşarlıqlar daha çox diqqətimi çəkib. Azərbaycan xalqı da Misir xalqı kimi ailə və dost münasibətlərinə çox önəm verir, bu da cəmiyyətdəki əlaqələrin daha sıx və dərin olmasına səbəb olur.

            -  Azərbaycanın media sistemini izləyirsənmi?

            - Bəli, Azərbaycan mediasını yaxından izləyirəm. Azərbaycan mediasında son zamanlar sosial şəbəkələr və onlayn platformaların rolu böyükdür. Lakin ənənəvi media da öz əhəmiyyətini itirmir. Ən çox xəbər agentliklərini, xüsusilə AZƏRTAC-ı izləyirəm, çünki orada daha rəsmi və dəqiq məlumatlar təqdim olunur. Tədqiqat işim dünya siyasətində medianın rolu ilə bağlı olduğuna görə, bu istiqamətdə tendensiyaları izləyirəm. Milli televiziya kanallarına da baxmaq imkanım olur. AZTV, İctimai TV ən çox izlədiyim telekanallar sırasındadır. AZƏRTAC-da keçdiyim təcrübə mənim üçün çox önəmli və dəyərli oldu. Burada real jurnalistika işinin necə aparıldığını, xəbər yazılmasında doğru yanaşmanın nələr olduğunu öyrəndim. AZƏRTAC-da çalışarkən peşəkar jurnalistlərdən çox şey öyrəndim və onların iş prinsipini daha yaxından tanıdım. Burada əldə etdiyim təcrübə beynəlxalq standartlara uyğun media bacarıqlarımı inkişaf etdirməyimə kömək edir.  Təcrübə həm də mənə medianın dövlət və xalq arasında körpü rolunu oynadığını göstərdi. Bu, gələcəkdə peşəkar olaraq fəaliyyət göstərəcəyim sahə üçün çox vacib bir məqamdır.

            - Gələcəklə bağlı planların nələrdir?

            - İlk növbədə jurnalistika sahəsində daha da ixtisaslaşmaq və beynəlxalq media orqanında fəaliyyət göstərmək istəyirəm. Mənim üçün ən böyük hədəf peşəkar jurnalist olmaq və tədqiqatlarımı, yazılarımı dünyaya təqdim etməkdir. Elm və təhsil sahəsində də fəaliyyət göstərmək istəyirəm. Təhsil alarkən qazandığım bilik və təcrübələrə əsaslanaraq, gələcəkdə həm akademik sahədə, həm də praktiki jurnalistikada böyük uğurlar qazanmağı hədəfləyirəm. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu baxımdan mənə çox gözəl bir fürsət yaradıb.

            Hazırladı: Nərminə Əsədova

            Internationalization

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025