BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Əbədiyaşar Lider

            Əbədiyaşar Lider

            first degree 10 May 2025 00:00

            Əbədiyaşar Lider

            Xilaskarlıq və quruculuq missiyası, tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı, milli-mənəvi yüksəliş bu dövrün əsas mahiyyətini təşkil edir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü xalqımız böyük sevgi, qürur və ehtiramla qeyd edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. 

            Ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi ideologiya, dəst-xətt dayanır. Bu ideologiya güclü dövlət, yenilməz iqtisadiyyat, azərbaycançılıq məfkurəsi, milli ruh və özünüdərk, tarixi yaddaşa söykənir. Məhz Ulu Öndər Heydər Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər kəsə örnək olan, millətini və dövlətini dünyaya tanıdan, bütün ömrünü xalqının xoşbəxt gələcəyi, rifahı və dövlətinin möhkəmlənməsi uğrunda mübarizəyə həsr etmiş övladı olub. 

            Bir lider və siyasətçi üçün ən vacib keyfiyyət olan uzaqgörənlik Ulu Öndərin ən heyrətamiz cəhətlərindəndir. Ümummilli Liderin atdığı bütün addımlar, həyata keçirdiyi siyasət dövlətin ən vacib strateji xətlərinin illər sonraya hesablanmış yol xəritəsi idi. Ana dilinin milli varlığımızın təməli sayılmasına yönələn addımlar, latın qrafikasına keçidin təmin olunması, milli təhsil şəbəkəsinin qurulması, milli kadrların yetişdirilməsi üçün azərbaycanlı gənclərin ölkə xaricinə göndərilməsi, milli hərbi məktəbin yaradılması – bütün bunlar müstəqil Azərbaycan dövlətinin təməl daşları idi. Azərbaycan xalqı bu addımların bəhrəsini müstəqilliyini yenidən bərpa etdikdən sonra gördü və görməkdədir. 

            Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan fenomenal şəxsiyyət Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaradıb, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet kimi götürüb. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.  Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan dahi şəxsiyyət bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Ulu Öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi ilə müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılıb, müstəqil Azərbaycan dünyada öz layiqli yerini tutub. 

            Ulu Öndər Heydər Əliyev milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin, təhsilin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. O, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməyib, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışıb. 

            Ümummilli Lider Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ulu Öndər istər sovet dövründə, istərsə də müstəqillik illərində Universitetin kadr potensialının, maddi-texniki bazasının güclənməsinə əvəzsiz töhfələr verib. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir. BDU-nun inkişafının son 22 ildəki yeni mərhələsi dahi liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. 

            1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. 

            Ümummilli Liderin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti bugünkü zəfərlərimizin, uğurlarımızın başlanğıcı oldu. Həmin müraciətdə bu inam ifadə edilmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. 

            Müqəddəs ata vəsiyyətini, xalqımızın işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı ən ülvi, ən müqəddəs arzusunu şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, xalqımızın sarsılmaz birliyi, şəhidlərimizin canı, qazilərimizin qanı ilə 30 illik işğal bitdi. Artıq xalqımız azad edilmiş və yenidən qurulmuş, dirçəlmiş ərazilərimizə qayıdışın xoşbəxtliyini yaşayır. 

            Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev ideologiyasına, ideallarına sadiqdir. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib. 

            Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək! 

             

            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025