BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • dxsfghkm

            dxsfghkm

            first degree 25 December 2024 15:06

            dxsfghkm

            Bakı Dövlət Universitetində (BDU) “Qüdrətli Azərbaycan: Yeni zəfərlərə doğru” mövzusunda dəyirmi masa keçirilib.

            Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu gün hər bir ölkə vətəndaşı siyasi, hərbi və iqtisadi təlatümlərin hökm sürdüyü müasir dünyaya mütərəqqi dövlətçilik modelini təqdim edən, yeni reallıqda yeniliklərə imza atan Azərbaycanla fəxr edir. Müstəqil dövlətimizin regionda kəsərli söz və yenilməz güc sahibinə çevrilməsi heç də asan olmayıb. Ərazisinin 20 faizi işğala məruz qalmış, ikili siyasət yürüdən güc dövlətləri və beynəlxalq təşkilatların təzyiqi ilə üzləşmiş Azərbaycan dözümlülük, səbr və təmkin nümayiş etdirməklə yanaşı, ölkə rəhbərinin düşünülmüş daxili və xarici siyasəti, siyasi iradəsi və qətiyyəti sayəsində iqtisadi yüksəlişə nail olub, hərbi qüdrətini artırıb, iqtidarla xalqın sarsılmaz birliyi, milli təhlükəsizlik, ictimai sabitlik və əmin-amanlıq məkanına çevrilib: “Ümummilli Lider Heydər Əliyevin mənəvi və siyasi varisi olan Prezident İlham Əliyevin qətiyyəti, Milli Ordumuzun rəşadəti sayəsində 30 ildən çox erməni qəsbkarlarının tapdağı altında olan əzəli torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Vətən müharibəsində və antiterror əməliyyatlarında əldə edilmiş Zəfər Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib, ölkəmizin gələcək inkişafına möhkəm zəmin yaradıb. Bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri geniş vüsət alıb. Bu ərazilərin minalardan təmizlənməsi, şəhər və kəndlərin yenidən qurulması, yeni yaşayış məntəqələrinin salınması, əhalinin normal həyat tərzinin təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması istiqamətində ciddi addımlar atılır”.

            Rektor diqqətə çatdırıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, ümumbəşəri problemlərin müzakirəsi məkanına, sivilizasiyalararası dialoq mərkəzinə çevrilmiş, bölgədəki liderlik missiyası və aparıcı rolu bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş dövlətdir: “Azərbaycanın dünya dövlətlərinin, beynəlxalq təşkilatların etibarlı tərəfdaşı kimi nüfuz qazanması, Türk Dövlətləri Təşkilatında layiqli yer alması, digər ölkələrlə ümumbəşəri dəyərlər və milli maraqlar əsasında qurduğu münasibətlər, “Qoşulmama hərəkatı”nda əldə olunan nailiyyətlər sülhsevər dövlətimizin hərtərəfli inkişafının parlaq göstəricisidir. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) paytaxtımızda yüksək səviyyədə təşkili və keçirilməsi müasir dövrün ümumbəşəri problemlərinin müzakirəsi və həllində Azərbaycan dövlətinə göstərilən böyük etimadın bariz nümunəsi olmaqla yanaşı, ölkəmizin hərtərəfli inkişafında və dünya birliyinə daha geniş inteqrasiyasında məzmunca və  keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticələrindən biri də 19 dekabr  2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmizin yekdilliklə D-8 təşkilatına üzv seçilməsidir”.

            Rektor bildirib ki, bu gün yeni reallığa qədəm qoymuş Azərbaycanda elm və təhsilin, mədəniyyətin və idmanın inkişafına, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqətlə yanaşılır: “Bu il baş tutmuş növbədənkənar Prezident seçkilərində əldə edilmiş qələbə Prezident İlham Əliyevin doğma Azərbaycanın tərəqqisi və inkişafı naminə atdığı hər bir addımına xalqımızın verdiyi yüksək dəyərin, şəxsiyyətinə olan dərin ehtiramın, tükənməz ümumxalq sevgisinin ən parlaq göstəricisidir. Əminik ki, qarşıdan gələn növbəti illərdə də Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlarımız davam edəcək, dövlətimiz daha da möhkəmlənəcək, xalqımız yeni zəfərlərə imza atacaq”.

            Milli Məclis (MM) sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, dünyada heç bir dövlətin həyatında belə qısa zamanda Azərbaycanda olduğu kimi müsbət dəyişikliklər olmayıb. Prezident İlham Əliyevin son 21 ildə həyata keçirdiyi siyasət Ümummilli Lider Heydər Əliyev amallarına sadiqliyinin göstəricisidir: “Ölkə prezidenti öz siyasəti ilə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qüdrətli Azərbaycana çevirib. Ərazilərində münaqişə olan keçmiş postsovet ölkələrindən heç biri öz suverenliyini bərpa edə bilməyib. Azərbaycan isə buna öz gücü ilə nail olub. Azərbaycan Qarabağda qazandığı böyük Zəfərlə həm regionda, həm də beynəlxalq aləmdə böyük dəyişikliklərin əsasını qoyub”.

            MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, millət vəkilləri Sevinc Fətəliyeva, Göydəniz Qəhrəmanov, BDU-nun Multimedia və elktron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli çıxışlarında qeyd ediblər ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, dayanıqlı inkişafının təmin olunmasına, beynəlxalq səviyyədə inam və etimad məkanına çevrilməsinə xidmət edib.

            Tədbirin sonunda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Zaman və Ali Baş Komandan - Tarixin izi ilə” sənədli filmi nümayiş olunub.

            dxsfghkm
            dxsfghkm
            dxsfghkm
            dxsfghkm
            dxsfghkm
            dxsfghkm
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025