BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir

            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir

            BSU 15 May 2026 16:54

            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir

            Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir.

            "Təhsilin, tədqiqatın və potensialın gücləndirilməsi vasitəsilə dayanıqlı şəhər gələcəyinin qurulması” mövzusunda panel sessiyasında BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov da çıxışçı qismində iştirak edib.

            Sessiya BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soavenin moderatorluğu ilə baş tutub. Paneldə müxtəlif beynəlxalq və yerli təşkilatların nümayəndələri dayanıqlı şəhər inkişafında ali təhsilin, elmi tədqiqatların və institusional əməkdaşlığın rolunu müzakirə ediblər.

            BDU rektorunun müşaviri Asiman İlyasov çıxışı zamanı universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində strateji rolunu vurğulayıb. O, xüsusilə ali təhsil müəssisələrində keyfiyyət təminatı, tədqiqat potensialının artırılması, beynəlxalq əməkdaşlıq və şəhər dayanıqlılığı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

            Panel sessiyada həmçinin UN-Habitat-ın Qlobal Bilik və Təbliğat Bölməsinin proqram əməkdaşı Raphaelle Vignol, ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekanı Nora Lombardini və London İqtisadiyyat Məktəbinin qonaq tədqiqatçısı Deen Sharp çıxış ediblər.

            Sessiya çərçivəsində dayanıqlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, elmi tədqiqatların şəhər inkişafına inteqrasiyası və gənclərin bu proseslərdə iştirakının artırılması kimi məsələlər geniş müzakirə olunub.

            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində ikinci panel sessiya isə “İnklüziv və dayanıqlı şəhərlər: şəhər inkişafına yeni yanaşmalar” mövzusuna həsr edilib.

            Panelin əsas məqsədi müasir şəhərsalma proseslərində inklüziv yanaşmaların gücləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və insan kapitalının şəhər transformasiyasında rolunun müzakirəsi olub. Sessiyaya moderatorluq ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən həyata keçirilib.

            Paneldə çıxış edən məruzəçilər arasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov, İƏT-in Təmiz Enerji Mərkəzinin İcraçı direktoru Aysel Yaqubova və Anhui Universitetinin Konfutsi İnstitutunun direktoru Vang Haoqiang yer alıblar.

            Sessiya çərçivəsində şəhərlərin inklüziv inkişaf modelləri, ekoloji dayanıqlılıq, innovativ şəhər idarəetməsi və beynəlxalq təcrübələrin tətbiqi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Çıxışlarda insan kapitalının dayanıqlı və davamlı şəhər inkişafında strateji əhəmiyyəti xüsusi vurğulanıb.

            Beynəlxalq konfrans müasir şəhərsalma yanaşmalarının inkişafı, akademik biliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi öz əhəmiyyətini davam etdirir. BDU-nun beynəlxalq platformalarda fəal iştirakı Universitetin dayanıqlı inkişaf, innovasiya və qlobal əməkdaşlıq istiqamətində strateji prioritetlərinin göstəricisi kimi qiymətləndirilir.

            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir
            BSU Internationalization

            Son XƏBƏRLƏR

            15.05.2026 | 15:26

            WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

            15.05.2026 | 15:24

            BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

            15.05.2026 | 14:53

            BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

            14.05.2026 | 17:24

            BDU-da Yaz məktəbi: “Azərbaycan Respublikasında şəhər əhalisinin təbii hərəkətinin müasir vəziyyətinin təhlili”

            14.05.2026 | 17:04

            BDU-da “Ziya Göyalp-150: fikirləri, irsi və Türk dünyası” mövzusunda tədbir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025