BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya

            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya

            BSU 29 June 2026 20:20

            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya

            Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans öz işini “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiyası ilə davam etdirir.

            Tədbirin moderatoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı qeyd edib ki, 100 il əvvəl - 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsi türk xalqlarının modernləşmə yolunda keçmiş olduğu bir əsrlik maarifçilik və intibah hərəkatının möhtəşəm yekunu idi. Birinci Türkoloji Qurultay türk xalqlarının milli kimliyini, milli varlığını tanıması və birləşməsi üçün üçün mühüm platforma rolunu oynayıb: “Bu gün artıq dünya reallığında müstəqil, güclü və suveren türk dövlətlərinin səsi eşidilməkdə, sözü ötməkdədir. Türk Dövlətləri Təşkilatı ilə siyasi bünövrəsi möhkəmlənən bu birlik artıq elmi və mədəni inteqrasiyanı qlobal geosiyasi zərurətə çevirib. Türkoloji Qurultayın idealları, o fədakar ziyalıların xatirəsi hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Qurultayın 80 və 90 illik yubileyləri ölkəmizdə təntənə ilə qeyd olunub. “Türk dünyası həftəsi” də dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası çərçivəsində reallaşır”.

            Panel sessiyada sürətli qloballaşma, rəqəmsallaşma və süni intellekt dövründə Birinci Türkoloji Qurultayın mirasının gələcək nəsillərə çatdırılması yolları müzakirə olunub.

            Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram qeyd edib ki, türk dövlətlərinin tarixi mirasını qorumaq və elmi əlaqələri təşkilati səviyyədə idarə etmək fərqli coğrafiyalardakı alimlərin vahid platformada birləşməsini tələb edir. Beynəlxalq Türk Akademiyası rəqəmsal əsrdə müxtəlif ölkələrdəki türkoloqların və elm adamlarının vahid, çevik və ortaq platformada birləşməsi üçün addımların atılmasını zəruri hesab edir.

            Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin həm də hesabat olduğunu bildirib. O, türk dövlətlərinin ali təhsil müəssisələri, Türkologiya Mərkəzləri ilə əlaqələrin genişləndirilməsinin, ortaq türk dilinin yaradılmasının vacib olduğunu bildirib: “Birinci Türkoloji Qurultay həm də ideyalar, fikir qurultayı idi. Bu ideya 100 ildir ki, öz izini qoya-qoya yol gəlir”.

            Qazaxıstan Milli Akademiyasının həqiqi üzvü Sherubay Kurmanbaiuly isə təhsil və elmdə inteqrasiyanın təməl sütununun dil olduğunu bildirib: “1926-cı ildə Bakıda ən qızğın müzakirə olunan ortaq əlifba və terminologiya məsələsi bu gün süni intellekt müstəvisində yenidən aktuallaşır. Süni intellektin dilləri idarə etdiyi bir dövrdə türk dillərinin elmi inteqrasiyası və ortaq rəqəmsal terminologiya bazasının yaradılması strateji zərurətə çevrilib”.

            Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musaev Birinci Türkoloji Qurultayın birləşdirici ruhunun müasir türkologiya üçün etibarlı örnək olduğunu bildirib. Qeyd edib ki, türk xalqlarının inteqrasiyasının gələcəyindən danışarkən bu amili mütləq nəzərdə saxlamaq lazımdır. Birinci Türkoloji Qurultayın idealları və mənəvi mirası müasir türkoloqlar və yeni nəsil tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır.

            BDU-nun Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov Birinci Türkoloji Qurultayın dərsləri, modern türkologiyanın qarşısında dayanan əsas çağırışlarla bağlı fikirlərini bölüşüb. Bildirib ki, Birinci Türkoloji Qurultayın mirası şərəfli keçmiş olmaqla bərabər, Türk dünyasının gələcək inkişafına işıq tutan bələdçidir: “Ortaq türk ədəbi dilinin yaradılması üçün ortaq orfoqrafiya, ortaq terminologiya yaradılmalıdır. Türk xalqları arasında ünsiyyət dili yaratmaq lazımdır”.

            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            “Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası” adlı panel sessiya
            BSU Internationalization

            Son XƏBƏRLƏR

            24.07.2026 | 12:52

            BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

            24.07.2026 | 12:26

            XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

            23.07.2026 | 12:14

            BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

            23.07.2026 | 08:59

            BSU Signs Cooperation Agreement with Liaodong University of China

            22.07.2026 | 16:29

            BDU-da bakalavr səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025