BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb

            BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb

            Internationalization 21 January 2026 09:07

            BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb

            Nüfuzlu reytinq təşkilatlarından olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslar üzrə reytinq siyahısı açıqlanıb. Reytinq siyahısında Bakı Dövlət Universiteti (BDU) fizika elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və digər əlaqəli sahələr) və mühəndislik (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və digər mühəndislik istiqamətləri) üzrə 1001–1250-ci mövqedə qərarlaşıb.

            Ümumilikdə, BDU-nun qiymətləndirmə nəticələri üzrə əvvəlki illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, fizika elmləri üzrə ümumi qiymətləndirmə nəticələri 14,5 faiz, mühəndislik sahəsi üzrə isə 13,9 faiz artıb. Bu artım müvafiq istiqamətlərdə Universitetdə elmi-tədqiqat fəaliyyətinin intensivləşməsi, akademik potensialın gücləndirilməsi, beynəlxalq elmi nəşrlərdə təmsil olunma səviyyəsinin yüksəlməsi və sənaye ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər.

            Məlumat üçün bildirək ki, THE tərəfindən tərtib olunan ixtisaslar üzrə reytinq siyahısı ali təhsil müəssisələrinin konkret sahələrdə fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq siyahısı hesab olunur. Bu reytinq çərçivəsində universitetlər tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, elmi nəşrlərə edilən sitatlar, sənaye ilə əməkdaşlıqdan əldə olunan gəlirlər və beynəlxalqlaşma səviyyəsi kimi əsas göstəricilər əsasında qiymətləndirilir. Sözügedən göstəricilər universitetlərin ayrı-ayrı elmi sahələri üzrə güclü tərəflərini və inkişaf potensialına malik istiqamətlərini müəyyən etməyə imkan verir.

            Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan THE tərəfindən tərtib olunan müvafiq ixtisaslar üzrə reytinq siyahısında 4 ali təhsil müəssisəsi və 4 fərqli ixtisas üzrə təmsil olunur. Bu nəticə ölkənin ali təhsil sisteminin beynəlxalq reytinq müstəvisində tanınmasının və rəqabət qabiliyyətinin artdığını göstərir. Sözügedən reytinq siyahısında yer alan digər ali təhsil müəssisələrini də təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

            Internationalization

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025