BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası

            BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası

            economy 2 October 2026 16:01

            BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası

            İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Coursera” şirkətinin birgə həyata keçirdiyi “4Sİ Akademiyası – Milli Proqram” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün məlumat sessiyası keçirilib.

            4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva bildirib ki, proqram 4-cü sənaye inqilabı sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafına dəstək göstərilməsi məqsədilə icra olunur. Qeyd olunub ki, “Milli Proqram” çərçivəsində iştirakçılar “Coursera” platformasında dünyanın 400-ə yaxın aparıcı universitet və texnologiya şirkətinin təqdim etdiyi 21 mindən çox təlimdən yararlana bilirlər. Proqram iştirakçılara müxtəlif istiqamətlərə dair bilik və bacarıqlarını inkişaf etdirmək və uğurla tamamladıqları kurslar üzrə beynəlxalq sertifikatlar əldə etmək imkanı yaradır.

            BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Universitetin proqramın əvvəlki mərhələsində fəal iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2025-ci il aprelin 1-dən 2026-cı il martın 31-dək BDU-dan 1 835 tələbə və 139 əməkdaş proqrama qoşulub. Bu müddətdə tələbələr 3 057, əməkdaşlar isə 387 kursu uğurla tamamlayıblar. O, ötən il BDU ilə 4SİM arasında imzalanmış anlaşma memorandumu çərçivəsində əməkdaşlığın tələbə və əməkdaşların müasir bilik və bacarıqlara çıxış imkanlarının genişləndirilməsinə xidmət etdiyini vurğulayıb.

            Qeyd edək ki, proqramın cari mərhələsində BDU-dan artıq 286 nəfər iştirak edib və 1022 təlim tamamlanıb. Bu göstərici ilə BDU istifadəçi aktivliyinə görə ali təhsil müəssisələri arasında ilk üçlükdə yer alıb.

            Sessiya zamanı tələbələrə proqramın məqsəd və imkanları, əsas kurs istiqamətləri, Azərbaycan dilində təqdim olunan təlimlər, kurslara oflayn giriş imkanı, süni intellekt əsaslı “Coursera AI Assistant” funksiyası, “Rəqəmsal Nişan” sistemi, eləcə də cari mərhələyə qoşulma və qeydiyyat qaydaları barədə məlumat verilib.

            Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

            BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası
            BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası
            BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası
            BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram”la bağlı məlumat sessiyası
            economy

            Son XƏBƏRLƏR

            02.10.2026 | 17:03

            İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbaum BDU tələbələrinə ustad dərsi keçib

            02.10.2026 | 17:00

            BDU əməkdaşları Qazaxıstanda “CDIO ARM 2026” beynəlxalq təlim-seminarında iştirak ediblər

            02.10.2026 | 16:58

            BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

            02.10.2026 | 14:10

            BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

            02.10.2026 | 13:51

            BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025